Yuxarı

Çinin Ermənistana görünməmiş mesajı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin yeddi aydır ki, İrəvana yeni səfir təyin etmir. Bu da Ermənistan-Çin münasibətləri tarixində tamamilə görünməmiş bir haldır.

Axar.az xəbər verir ki, bunu erməni politoloq Suren Sərkisyan deyib.

“Bu, aydın diplomatik mesajdır: belə məsələlərdə heç bir təsadüf yoxdur. Əmin olun, Pekinin diplomatik arsenalında bu gün İrəvana göndərə biləcəyi yüzlərlə peşəkar var”, - o bildirib.

Politoloq bu vəziyyətə gətirib çıxaran üç əsas səbəbi açıqlayıb:

“Ermənistanın “Bir kəmər, bir yol” meqalayihəsinə maraq göstərməməsi. Çin üçün bu, əsas təşəbbüsdür və Pekin ölkələri layihəni dəstəkləyənlərə və ona qarşı çıxanlara bölür. İrəvan faktiki olaraq dörd il əvvəl fəaliyyətini dayandırmış Dini Azadlıq Alyansının formal üzvü olaraq qalır, lakin bu faktın özü Pekin tərəfindən antiçin mövqeyinin təzahürü kimi qəbul edilir. İrəvan Tayvanın iqtisadiyyat nazirini qəbul edib ki, bu da Tayvan rəsmiləri ilə birbaşa təmaslardan yayınmaq öhdəliyini pozur. Çin üçün Tayvan məsələsi ən həssas məsələdir və o, burada “Vahid Çin” prinsipindən kənara çıxmağa imkan vermir”.

Sərkisyan vurğulayıb ki, Çinin yanaşması tamamilə məntiqlidir və super dövlətin maraqlarına məhəl qoymamaq münasibətlərin daha da soyumasına gətirib çıxara bilər.

Xatırladaq ki, Çinin Ermənistandakı əvvəlki səfiri Fan Yun missiyasını iyulda başa vurub və o vaxtdan bu vəzifə boş qalıb.

Tarix
2025.01.24 / 13:33
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Paşinyan Putinə Bakı ilə sülh sazişindən danışdı

Qondarma rejimin “ordusu” onlara tabe olub - Saakyan

Milli Məclis hökumətin hesabatını qəbul etdi

Qarabağda İsgəndər-M olub? – Saakyan açıqladı

2024 ölkə iqtisadiyyatı üçün uğurlu il olub

Qondarma rejim hərbçilərə maaşı necə verirdi? - Saakyan

Ermənistan daha iki tələbimizi yerinə yetirməlidir

Putin-Tramp görüşü Bakıda olacaq? - Ekspert

Zirəddin Ukrayna danışıqları ilə bağlı proqnoz yaydı

Sülh mətni hazırdır: saziş nə vaxt imzalana bilər?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla