Yuxarı

Britaniyada 200 şirkət 4 günlük iş həftəsinə keçdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyada 200-dən çox şirkət işçilərin əmək haqqını azaltmadan, daimi əsaslarla dörd günlük iş rejiminə keçib.

Axar.az xəbər verir ki, bu barədə “İndependent” (The Independent) məlumat yayıb.

Sözügedən şirkətlərdə 5 minə yaxın insan çalışır. Bunlara kommersiya təşkilatları, texnologiya şirkətləri, eləcə də dizayn, mühəndislik və istehsalat, mühasibat uçotu və bank işi daxil olmaqla, müxtəlif sənaye sahələrindəki bizneslər daxildir.

Dördgünlük iş həftəsinin tərəfdarları iddia edirlər ki, beş günlük iş qrafiki köhnəlmiş bir yanaşmadır və əvvəlki iqtisadi dövrə daha uyğundur. Dördgünlük cədvəlin ardıcıllarına görə, məhsuldarlığı qorumaq və ya hətta artırmaqla həyat keyfiyyətini yaxşılaşdıra bilər.

“50 faiz daha çox asudə vaxt verən dördgünlük iş rejimi insanlara daha xoşbəxt və dolğun həyat sürmək imkanı verir. Yüzlərlə Britaniya şirkətinin təcrübəsi göstərdi ki, bu cədvəl həm işçilər, həm də işəgötürənlər üçün faydalı ola bilər”, - 4 Günlük Həftə Fondunun kampaniya meneceri Co Rayl bildirib.

Tarix
2025.01.29 / 02:18
Müəllif
Axar.az
Digər xəbərlər

Rubiodan bəyanat: Bakı və İrəvana çağırış edildi

Paşinyan Putinə Bakı ilə sülh sazişindən danışdı

Qondarma rejimin “ordusu” onlara tabe olub - Saakyan

Milli Məclis hökumətin hesabatını qəbul etdi

Qarabağda İsgəndər-M olub? – Saakyan açıqladı

2024 ölkə iqtisadiyyatı üçün uğurlu il olub

Qondarma rejim hərbçilərə maaşı necə verirdi? - Saakyan

Ermənistan daha iki tələbimizi yerinə yetirməlidir

Putin-Tramp görüşü Bakıda olacaq? - Ekspert

Zirəddin Ukrayna danışıqları ilə bağlı proqnoz yaydı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla