Yuxarı

Kobaxidze İrəvanda Paşinyanla görüşdü

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

15:42

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İrəvanda ermənistanlı həmkarı Nikol Paşinyanla görüşüb.

Axar.az xəbər verir ki, bu barədə Hökumət Administrasiyasının Mətbuat Xidməti məlumat yayıb.

İkitərəfli görüş zamanı ölkələr arasında strateji tərəfdaşlığın əhəmiyyəti vurğulanıb və hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyasının 14-cü iclası çərçivəsində müzakirə ediləcək məsələlər haqqında fikir mübadiləsi aparılıb.

Görüşdə regiondakı mövcud vəziyyət və sülh prosesinin gedişi müzakirə olunub.

İrakli Kobaxidze Gürcüstan hökumətinin dialoqu dəstəkləməyə, regionda sabitliyin və sülhün təmin edilməsinə töhfə verməyə hazır olduğunu bir daha təsdiqləyib. Bu, ölkələrin davamlı inkişafı üçün vacib amil kimi qeyd olunub.

Görüşdə hökumətlərarası iqtisadi komissiyanın növbəti iclasının iki ölkə arasında mövcud ticarət-iqtisadi əlaqələrin genişləndirilməsinə və bu sahədə potensialın tam istifadəsinə imkan verəcəyi qeyd olunub.

İ.Kobaxidze erməni həmkarını Gürcüstana rəsmi səfərə dəvət edib.

Qeyd edək ki, Gürcüstan XİN rəhbəri Maka Boçorişvili də bu gün səhər İrəvana rəsmi səfərə gedib.

Tarix
2025.01.30 / 16:24
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan Putinə Bakı ilə sülh sazişindən danışdı

Qondarma rejimin “ordusu” onlara tabe olub - Saakyan

Milli Məclis hökumətin hesabatını qəbul etdi

Qarabağda İsgəndər-M olub? – Saakyan açıqladı

2024 ölkə iqtisadiyyatı üçün uğurlu il olub

Qondarma rejim hərbçilərə maaşı necə verirdi? - Saakyan

Ermənistan daha iki tələbimizi yerinə yetirməlidir

Putin-Tramp görüşü Bakıda olacaq? - Ekspert

Zirəddin Ukrayna danışıqları ilə bağlı proqnoz yaydı

Sülh mətni hazırdır: saziş nə vaxt imzalana bilər?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla