Yuxarı

Rusiyada azərbaycanlılara qarşı növbəti əməliyyat - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Tver vilayətində daha bir azərbaycanlı cinayətkar dəstəyə qarşı əməliyyat keçirilib.

Axar.az lent.az-a istinadən xəbər verir ki, təhlükəsizlik qüvvələri saxta siqaretlərin qanunsuz dövriyyəsi ilə məşğul olan mütəşəkkil cinayətkar dəstəni saxlayıb.

Dəstənin tərkibinə dörd nəfər, o cümlədən iki təşkilatçı - 41 yaşlı azərbaycanlılar E.Şərifov və İ.Əhmədov daxildir. Təqsirləndirilən şəxslər Yuxarı Volqa bölgəsindəki pərakəndə satış məntəqələrində qanunsuz tütün məmulatları satıblar.

Saxta mallar Komintern küçəsi boyunca yerləşən anbarlarda saxlanılıb.

Təhlükəsizlik qüvvələri qanunsuz dövriyyədən dəyəri 8 milyon rubldan çox olan 70 min qutu siqaret ələ keçirib.

Rusiya Federasiyası Cinayət Məcəlləsinin 171.1-ci maddəsi ilə təqsirləndirilən şəxslərə qarşı cinayət işləri başlayıb.

Qeyd edək ki, ötən həftə keçirilən əməliyyatlarda 6 azərbaycanlıdan ibarət dəstə saxlanılıb. Onlar saxta siqaretlərin qanunsuz dövriyyəsində şübhəli biliniblər.

Tarix
2025.01.31 / 20:30
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı ilə sülh bizi dosta çevirməyəcək - Mirzoyan

Sülhdən sonra Bakı və İrəvan bu iddialardan geri çəkiləcək

Baş nazir Milli Məclisdə hesabat verir

Milli Məclisin iclası başladı: Baş nazir hesabat verəcək

Bu ölkələr Bakı və İrəvanın addımını alqışladı

Britaniya Azərbaycana ilk dəfə attaşe təyin etdi - Foto

Trampın xüsusi elçisi Moskvadan Bakıya gəldi - KİV

Putinin atəşkəs şərtləri: Ukrayna nələri itirəcək?

BMT İrəvanın Vardanyan iddiasını rədd etdi

Putin-Tramp danışıqlarında “görünməyən” şəxs...

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla