Yuxarı

Gömrük Hospitalı və Yeni Klinika maaşları vermir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərkəzi Gömrük Hospitalı və Yeni Klinikanın əməkdaşlarının maaşlarını ala bilməməsi ilə bağlı iddialara aydınlıq gətirilib.

Axar.az xəbər verir ki, Mərkəzi Gömrük Hospitalından APA-ya əməkdaşların əmək haqqı ödənişlərinin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirildiyi bildirilib.

Mərkəzi Gömrük Hospitalının PR mütəxəssisi Dilarə Zamanova deyib ki, həkimlərin məzuniyyət haqları, maddi yardım və mükafatları tam həcmdə ödənilir: "Bütün həkimlər pullarını vaxtında alırlar".

Eyni qaydada TƏBİB-dən qeyd olunub ki, Yeni Klinika ilə bağlı iddialar həqiqəti əks etdirmir: "Həkimlərin maaşları tam həcmdə ödənilib".

Qeyd edək ki, bir neçə gün öncə hər iki tibb müəssisəsinin əməkdaşlarının maaşlarının ödənilməməsi ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb. Belə ki, Mərkəzi Gömrük Hospitalında çalışan həkimlər 2 il müddətində maaşlarının ödənilməsində yaranan ciddi problemlərlə bağlı şikayət ediblər. Həmçinin Yeni Klinikada fevral ayı üçün əmək haqqının ödənilməməsi ilə bağlı iddialar yayılıb.

Tarix
2025.03.14 / 10:30
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ narahatdır: Üç ölkə ona qarşı birləşib

Rusiya həmişə Bakı və İrəvanla bağlı bunun tərəfdarı olub

Bayramov Şarl Mişellə görüşdü

Rubiodan bəyanat: Bakı və İrəvana çağırış edildi

Paşinyan Putinə Bakı ilə sülh sazişindən danışdı

Qondarma rejimin “ordusu” onlara tabe olub - Saakyan

Milli Məclis hökumətin hesabatını qəbul etdi

Qarabağda İsgəndər-M olub? – Saakyan açıqladı

2024 ölkə iqtisadiyyatı üçün uğurlu il olub

Qondarma rejim hərbçilərə maaşı necə verirdi? - Saakyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla