Yuxarı

Əsədin qətliamlarını ifşa edən Sezar zabit imiş

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əsədin qətliamlarını ifşa edən Sezar zabit imiş

Suriyada insanlığa qarşı cinayətlərin sübutu olaraq çəkdiyi fotoşəkilləri qaçaqmalçılıq yolu ilə çıxaran Sezar ləqəbli şəxsin kimliyi məlum olub.

Axar.az xəbər verir ki, “Əl Ərəbiyyə” həmin şəxsin Fərid əl-Mədhan olduğunu yazıb.

“Mən baş leytenant Fərid əl-Mədhan, Dəməşq hərbi polisinin məhkəmə ekspertizası şöbəsinin rəisi, azad Suriyanın Sezar kimi tanınan oğluyam. Suriya inqilabının beşiyi olan Dəra şəhərindənəm. Dəməşqdə Hərbi Polis Komandanlığında işləyirdim və əl-Tall şəhərində yaşayırdım. 2011-ci ildə Suriya münaqişəsi başlayandan bəri missiyam Dəməşq şəhərində hərbi və nəzarət-buraxılış məntəqələrində, eləcə də azadlıq və ləyaqət tələbi ilə etiraz meydanlarında həbs edilmiş qoca, qadın və uşaqlar da daxil olmaqla həbs qurbanlarının cəsədlərinin fotoşəkillərini çəkmək olub. Təhlükəsizlik qüvvələrinin rəhbərləri həbs qurbanlarının cəsədlərinin fotoşəkilləri vasitəsilə Əsəd rejiminə tam sədaqətlərini ifadə edirdilər. Suriya inqilabının əvvəlində cəsədlərin sayı gündə 10-15 arası idi, amma sonradan 50-yə çatdı”, - əl-Mədhan bildirib.

O, 2014-cü ildə Suriya həbsxanalarının vəhşiliyini əks etdirən 55 min fotoşəkillə ölkədən qaçıb. Fotoların rejim qüvvələri tərəfindən işgəncələrə məruz qalaraq öldürülən 11 min insana aid olduğu güman edilir.

Qeyd edək ki, ilk dəfə 2014-cü ildə “Anadolu” agentliyi tərəfindən dərc edilən “Sezar dosyesi” 55 min fotoşəkil vasitəsilə Əsəd rejiminin sistematik işgəncələrini sənədləşdirib.

Tarix
2025.02.07 / 13:33
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Paşinyan və Putin nələri müzakirə edəcək? - Uşakov

Növbəti raund: Belarusla siyasi məsləhətləşmələr keçirildi

Azərbaycanlıların olduğu gəmi batma təhlükəsi ilə üzləşdi

Baş nazirdən İrandakı səfirliyimizlə bağlı qərar

İrəvan Qarabağda xidmət edən generallara cinayət işi açır

Sərkisyandan soruşurdum ki, nə baş verib... - Zülfüqarov

Zülfüqarovun cavabı məni heyrətləndirdi – Sərkisyan

Ballıqayadakı cinayətlərə hüquqi qiymət verilməlidir

Kreml "Bunları toplayıb Bakıya göndəririk" deyir, əvəzində...

Səfirliyimiz önündə təxribatı onlar törədibmiş... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla