Yuxarı

Görüş üçün niyə Ərəbistan seçildi? - Simvolik mənası

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Görüş üçün niyə Ərəbistan seçildi? - Simvolik mənası

Böyük siyasət dünyasında hər şey simvolizmə köklənib. Səudiyyə Ərəbistanı dünyanın ən böyük neft istehsalçısı və satıcısıdır. Ukrayna ilə bağlı sövdələşmənin əsas məzmunu neft olacaq. Rusiyaya açıq şəkildə neft bazarına qayıtmağa və dünyanın ən zəngin neft şirkəti “Saudi Aramko”nun elan edilmiş özəlləşdirilməsində iştirak etməyə icazə verilə bilər.

Axar.az xəbər verir ki, bunu rusiyalı jurnalist, şərhçi Maksim Şevçenko deyib.

“Əməkdaşlıq təcrübəsi var - “Lukoyl” “Saudi Aramko” ilə birgə müəssisə yaradıb. Və bu, Trampın edə biləcəyi yeganə şeydir, bu, onun əlindədir. O, qlobal maliyyə sisteminə (trampizmə qarşı çıxan qlobalistlərin alətidir) nəzarət etmir və bank sektorunda sanksiyaları ləğv etməyə məcbur edə bilməz. Eyni zamanda Tramp həm Ukrayna, həm də Fələstin məsələsində “qərarverici” rolunda çıxış etmək üçün fələstinlilərin deportasiyasına Səudiyyə Ərəbistanının razılığını almağa çalışacaq. Məsələn, Məhəmməd bin Salmana “Vision 2030” planını qismən həyata keçirməyə və dünyanın ən böyük neft şirkəti olan “Saudi Aramko”da yuxarıda qeyd olunan özəlləşdirməni həyata keçirməyə icazə verəcək. Trampın əsas problemi odur ki, o, bütün bu razılaşmaların 2028-ci ildən sonra davam edəcəyinə zəmanət verə bilməz. Bəs onun elan etdiyi “Amerikanın qızıl dövrü” baş tutmasa? İndiyədək Trampın beynəlxalq arenada yeganə uğuru Putinin onunla telefonla danışmağa razı olmasıdır”, - o bildirib.

Qeyd edək ki, Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə görüşünün Səudiyyə Ərəbistanında baş tuta biləcəyini deyib.

Tarix
2025.02.13 / 14:02
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

İlham Əliyev Britaniya səfirini qəbul etdi - Foto

Rusiya səfiri XİN-ə çağırıldı - Etiraz

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla