Yuxarı

Trampın göz dikdiyi kanalda İranın şok fəaliyyəti...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Trampın göz dikdiyi kanalda İranın şok fəaliyyəti...

ABŞ Prezidenti Donald Tramp İranın dini lideri Əli Xameneiyə yeni nüvə razılaşması üçün 2 ay möhlət verib. Tramp bu tələbi sərt üslubda yazılmış məktubla Tehrana göndərib. Bununla yanaşı, Tramp Panama kanalının idarəsini geri alacaqlarını bildirib. ABŞ lideri Çin şirkətlərinin kanalda ticarət üstünlüyü qurduğunu da vurğulayıb.

Axar.az xəbər verir ki, bu sözləri türkiyəli siyasi ekspert Əmrə Öztürk deyib.

Öztürk bildirib ki, ABŞ mətbuatının əldə etdiyi məlumata görə, Panama kanalında İranla bağlı gizli ticarət fəaliyyəti də aparılır:

“Araşdırmalara əsasən, İran Honkonq mərkəzli üç şirkətə məxsus konteyner gəmiləri vasitəsilə dünya ölkələrinə neft çatdırır. Bu səbəbdən ABŞ Ticarət Nazirliyi 17 dənizçilik şirkətinə sanksiya tətbiq edib.

ABŞ kəşfiyyatının əldə etdiyi sənədlərə görə, üzdə Yunanıstan şirkətlərinə məxsus olan bu gəmilər əslində İranın dövlət dənizçilik şirkəti IRISL tərəfindən idarə olunur. 2018-ci ildə istehsal edilən gəmilərin əvvəlcə İrana, daha sonra isə Yunanıstandakı şirkətlərin adına keçirildiyi məlum olub”.

Tarix
2025.03.25 / 10:17
Müəllif
Didəm Qədirova
Digər xəbərlər

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

Türkiyə dərsliyində Azərbaycan şəhəri haqda bu ifadə... - Foto

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki...

Paşinyan elan etdi: TRİPP-in icrasına başladıq

Paşinyan: Yeni Konstitusiya bizə sülh gətirəcəkmi?

Laçından Mehriyə keçmişdi: 1 noyabrdan Molodeçnodur

Türkiyədə İlham Əliyevin adından yayılan bu fikirlər...

Ermənistanda Nəsimi haqda müəmma: nəyi gizlədirlər?

Nazirlər Milli Məclisə toplanır

Naxçıvana hücum olur, Türkiyədə Bakı ittiham edilir...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla