Yuxarı

Məxfi məlumat sızdı: Pentaqon rəhbərinin istefası tələb edilir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məxfi məlumat sızdı: Pentaqon rəhbərinin istefası tələb edilir

ABŞ-da məxfi məlumatın “Siqnal” tətbiqindəki yazışma zamanı yayılması ilə bağlı Tramp administrasiyasının kəşfiyyat və müdafiə rəsmilərinin Konqresdə ifadələri davam edir.

Axar.az xəbər verir ki, bugünkü dinləmələrdə Demokratlar Partiyasının təmsilçiləri ABŞ-ın müdafiə naziri Pit Heqseti istefaya çağırıblar. Onlar milli kəşfiyyatın direktoru Tulsi Qabbard və Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retklifin yazışmada heç bir məxfi məlumatın paylaşılmadığına dair ifadələrini qəbul etməyərək, Pentaqon rəhbərinin məsuliyyəti üzərinə götürməsini tələb ediblər.

Bildirilib ki, ABŞ-a məxsus gizlin məlumatların adi tətbiq vasitəsilə yayılması məsuliyyətsizlikdir.

Qeyd edək ki, iki gün əvvəl “Atlantik” jurnalının baş redaktoru Cefri Qoldberq təsadüfən Tramp administrasiyasının “Siqnal” tətbiqindəki yazışma qrupuna daxil edildiyini və orada ABŞ-ın Yəməndə husilərə hücum planının detallarının açıqlandığını deyib. Bu gün isə “Atlantik” dərgisi söhbətin davamını yayımlayıb və orada müdafiə nazirinin döyüş təyyarələrinin dəqiq hücum vaxtlarına dair paylaşımı qeyd olunub.

Milli təhlükəsizlik müşaviri Mayk Uolts müdafiə naziri, vitse-prezident və Tramp administrasiyasının digər yüksəksəviyyəli rəsmilərinin də daxil olduğu yazışmaya baş redaktorun əlavə edilməsinə görə məsuliyyəti öz üzərinə götürüb. İki gündür Konqresdə hadisə ilə bağlı dinləmələr keçirilir. ABŞ rəsmiləri yazışmalarda məxfi məlumatın paylaşılmadığını iddia edirlər.

Tarix
2025.03.27 / 00:08
Müəllif
Axar.az
Digər xəbərlər

Kuleba Bakının bu dəstəyini yüksək qiymətləndirdi - Səfir

ADU və Sunqşil Universiteti Anlaşma Memorandumu imzaladı

Tehran İstanbuldan imtina etdi, Omanı seçdi - Görüş məhv oldu

Müəllimlər hansı hallarda işdən çıxarıla bilər?

Əliyev və Paşinyan bu nüfuzlu mükafata layiqdir - Mirziyayev

Bu, tarixi əhəmiyyətli dönüş nöqtəsidir - Tokayev

İlham Əliyev Qafqazda belə tanınır - Şərif

Ərdoğan İlham Əliyevi təbrik etdi

İlham Əliyev Əbu-Dabidə mühüm tədbirdə... - Video

Ərdoğan və Salman bu foto ilə dünyaya mesaj verdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla