Yuxarı

Əsədin Qərb kəşfiyyatı ilə əlaqəsi üzə çıxdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya ilə Qərb kəşfiyyat xidmətləri arasında əlaqələrin olduğu üzə çıxıb.

Axar.az xəbər verir ki, bu barədə Almaniyanın "Velt am Sonntaq" qəzeti məlumat yayıb.

Xəbərə görə, Suriya kəşfiyyatı ötən ilin noyabrında baş verən Paris teraktından bir neçə gün öncə terrorçular barədə Qərb ölkələrinə məlumat ötürüb.

Ayrıca, Almaniyanın xarici kəşfiyyat təşkilatı BND Beyrut vasitəsi ilə Suriya kəşfiyyatı ilə uzun müddət əməkdaşlıq edib. Hətta hər iki ölkənin kəşfiyyat nümayəndələri Suriyada vətəndaş müharibəsi başlayandan sonra bir neçə dəfə görüşüb.

Daha sonra qəzet Almaniyadakı koalisiya hökumətinin ictimai demokrat ortağı SPD nümayəndəsi Burkard Lişkenin Əsəd hakimiyyəti ilə əməkdaşlıqdan bəhs edən çıxışını xatırladıb:

"Silahlı hücum və Federal ordunun bölgədəki fəaliyyəti səbəbindən Suriya ilə ortaq maraqlarımızın olduğu məlumdur. Əməkdaşlıq hər iki ölkə üçün vacibdir", - Lişke qeyd edib.

Qəzet Suriya kəşfiyyatının Qərb kəşfiyyat təşkilatları ilə koordinasiyalı əlaqəsinin polkovnik Xalid Hüsey tərəfindən qurulduğunu yazır. Bu əlaqələr 2014-cü ildə rəsmi Dəməşqin istəyi ilə baş tutub.

Əməkdaşlıq çərçivəsində rəsmi Dəməşq İŞİD-çilərə məxsus 3800 pasport məlumatlarını İnterpola ötürüb.

Tarix
2016.05.30 / 18:19
Müəllif
Hacı Qulu
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla