Yuxarı

Rusiya ilə danışıqlarda 2 “qırmızı xətt”: Güzəşt olmayacaq!

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya ilə danışıqlarda 2 “qırmızı xətt”: Güzəşt olmayacaq!

Rusiya ilə müharibəyə son qoymaq üçün gələcək danışıqlar zamanı Ukrayna işğal olunmuş torpaqları Rusiya ərazisi kimi tanımayacaq və ordunun ixtisarına razı olmayacaq.

Axar.az xəbər verir ki, bu sözləri Prezident Vladimir Zelenski Çerniqov vilayətində ərazi icmalarının rəhbərləri ilə görüşündə deyib.

“Bizim üçün prioritet güclü ordumuzdur. Ona görə də ordumuzun bir neçə dəfə ixtisar edilməsi “qırmızı xətt”dir. Düzünü desəm, ordunu bugünkü ölçüdə saxlamaq üçün əlimizdən gələni edəcəyik. Müharibənin əvvəlindən üç dəfə böyük olan bir ordu. Bu, bizim təhlükəsizliyimizin təminatıdır - güclü, modernləşdirilmiş ordu, Avropanın ən böyük ordusu", - deyə Zelenski bildirib.

O, həmçinin vurğulayıb ki, digər geosiyasi məsələ Rusiyanın işğal etdiyi heç bir ərazinin Rusiya ərazisi kimi tanınmamasıdır:

“Bu, istənilən halda Ukrayna əraziləridir. Bu, bizim üçün əsas "qırmızı xətlər”dən biridir”.

Tarix
2025.04.04 / 00:01
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Pakistan XİN başçıları danışdı

Türkiyə Azərbaycanın istəmədiyi heç bir prosesdə yer almır

Bu türk ölkəsi də “Tramp yolu”na maraq göstərir

Trampın İranla bağlı dəhşətli planı: Müharibə bitməyib!

Türkiyənin qəzaya uğrayan C-130 təyyarəsi: Terakt olub?

Prezident Türkiyənin daxili işlər nazirini qəbul etdi

İlham Əliyev Litvanın baş nazirini qəbul etdi

İran dünyanı diz çökdürür – CNN

Şıxlinskinin həbs cəzası 31 ilə qaldırılır?

Şahbaz Şərif bacardı: “İslamabad prosesi” başlayır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla