Yuxarı

Avropa siyasilərindən Vatsapdan imtinaya - Çağırış

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avropa siyasilərindən Vatsapdan imtinaya - Çağırış

Feysbukun Vatsapı 19 milyard dollara alması Avropada ciddi narahatlığa səbəb olub.

"Axar.az" türk mətbuatına istinadən xəbər verir ki, Avropa siyasiləri istifadəçiləri Vatsapı boykot edərək Avropa proqramlarından istifadə etməyə çağırıb.

Məlumat təhlükəsizliyi ekspertləri və avropalı siyasətçilər bu satışda istifadəçilərin deyil, Feysbukun qazandığını bildirirlər.

Almaniyanın Şlezviq-Qoldşteyn əyalətinin Məlumat Təhlükəsizliyi Bürosunun rəsmisi Tilo Veyherd istifadəçiləri bu iki xidmətdən istifadə etmək məsələsində xəbərdar edərək, onlara Avropa proqramlarını seçməyi tövsiyə edib.

Vatsapın texniki baxımdan hələ də püxtələşmədiyini deyən Veyherd Feysbuk və Vatsapın məlumatlardan bəlli məqsədlər üçün istifadə etdiyini bildirib.

Avropalı parlamentari Yan Filipp Albrext də bu satışın rəqabət bazarına zərbə vurduğunu deyərək, bu məsələyə Avropa komissiyasının qərar verməsini istəyib.

"Məlumatlarının şübhəli şəkildə yox olmasını istəməyənlər daha təhlükəsiz proqramlardan istifadə etməlidirlər" deyən avropalı parlamentari istifadəçiləri Feysbuk və Vatsapı boykot etməyə çağırıb.

Tarix
2014.02.21 / 20:50
Müəllif
Anar Əhmədov
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla