Yuxarı

Ağ Evdə Putinə görə konflikt: komanda iki yerə bölündü

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ağ Evdə Putinə görə konflikt: komanda iki yerə bölündü

Ağ Evdə Putinlə danışıqlarla bağlı münaqişə var – ABŞ prezidenti bilmir ki, Kremlə sərt təzyiq göstərmək lazımdır, ya yox!

Axar.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” nəşri yazıb.

Bildirilib ki, Donald Trampın ən yaxın müşavirləri bu məsələ ilə bağlı iki düşərgəyə bölünüb:

“Dövlət katibi Marko Rubio və xüsusi elçi Keyt Kelloq ABŞ prezidentini Moskvaya qarşı daha sərt mövqe tutmağa çağırır. Onlar Putində əsl sülh istəyi görmürlər və Kremlə həddən artıq etibar etməmək barədə xəbərdarlıq edirlər. Onların təklifi – nə qədər ki, Moskva yalnız Ukrayna ərazilərini tələb edir və hərbi əməliyyatları dayandırmır, heç bir güzəşt olmaz!

Bununla belə, görünür, Tramp artıq Moskvada Putinlə iki dəfə şəxsən görüşmüş və Rusiya diktatorunun sülh istədiyinə əmin olan xüsusi nümayəndəsi Stiv Uitkoffu daha çox dinləyir.

Ağ Evdəki bu ziddiyyətlər artıq ictimai məkana sıçrayır. Rusiyanın Sum şəhərinə raket hücumundan sonra Tramp hadisəni “səhv” adlandırdı və müharibədə Co Baydeni günahlandırdı. Rubio və Kelloq isə daha sərt mövqe tutdu: Rubio hücumu “qəddar və faciəli” kimi qiymətləndirdi, Kelloq isə bunu “bütün ədəb qaydalarının pozuntusu” adlandırdı. Bundan sonra Trampın özü də etiraf etməyə məcbur oldu ki, bu müharibəyə görə məsuliyyət daşıyanlardan biri də Putindir”.

Qeyd edilir ki, hazırda Ağ Evdə Putini faktiki olaraq danışıqlar masasına oturmağa məcbur etmək üçün Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsinin lazım olub-olmaması ilə bağlı gərgin müzakirələr gedir.

Tarix
2025.04.15 / 22:41
Müəllif
Axar.az
Digər xəbərlər

Şuşa zəfəri Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir

Biz artmadıq, Azərbaycan isə 10 milyon oldu

Türklər bizə hücum etsə... - Simonyandan möhtəşəm cavab

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı

Husilər Ərəbistanı vurmamaq üçün 51 milyard tələb edir

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla