Yuxarı

6,2 ballıq zəlzələ: 184 afterşok oldu, bir bina dağıldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
6,2 ballıq zəlzələ: 184 afterşok oldu, bir bina dağıldı

2025.04.23. 17:25

İstanbulda (yerli vaxtla - red.) saat 15:12-yə qədər ən böyüyü 5,9 olan 51 afterşok qeydə alınıb.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Əli Yerliqaya bildirib.

O vurğulayıb ki, saat 12:49-da Mərmərə dənizində 6,2 bal gücündə baş verən zəlzələ 13 saniyə davam edib.

Qeyd edək ki, İstanbulda 6,2 maqnitudalı zəlzələ baş verib. Zəlzələdən sonra afterşoklar davam edir.

***

İstanbulda baş verən 6,2 bal gücündə zəlzələdən sonra yerli vaxtla saat 17:55-ə olan məlumata görə, 127 afterşok qeydə alınıb.

Bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerliqaya deyib.

Onun sözlərinə görə, Fatih rayonunda boş olan bir binanın dağıldığı təsdiqlənib. Başqa dağıntı yoxdur.

Nazir həmçinin əlavə edib ki, zəlzələ nəticəsində zərər görmüş doqquz binadan sakinlərin təxliyəsi həyata keçirilib.

***

6,2 ballıq güclü zəlzələnin ardından indiyə qədər 184 afterşok qeydə alınıb. Bunların arasında 7-si 4 baldan yuxarıdır.

Bu barədə AFAD məlumat yayıb.

Tarix
2025.04.24 / 00:59
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov ATƏT-in baş katibi ilə görüşdü

XİN rəhbəri Tahsin Ərtoğruloğlu ilə görüşdü

TDT XİN Şurasının iclası keçirildi

Bakıda forum: bu mövzuda panel sessiya keçirildi

Bakıda keçirilən bu forumu böyük önəm kəsb edir

Bayramov və Mirzoyan protokolu bilərəkdən pozdu? - Foto

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə!

ABŞ Cənubi Qafqaz regionuna... - Karlon

Alban xaçdaşlarını ermənilər mənimsəyə bilmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla