Yuxarı

Məhşur brendlərin adları necə yaranıb? - Tarixçələr

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ən məhşur brendlərin adlarının mənasını bilirsinizmi?

"Axar.az" saytı sizlərə dünyanın ən məhşur brendlərinin adlarının mənasını və yaranma səbəblərinin tarixçəsini təqdim edir.

"Vodafone"

İngilis markalı cib telefonu və mobil rabitə şirkəti olan "Vodafone" öz adını ingilis dilində səs-"voice", məlumat və telefon – "telephone" sözlərindən götürüb.

"Mercedes"

"Daimler Chrysler" ilə ortaq bir avtomobil hazırlayan Çarl Benz ad tapa bilməyəndə yeganə qızı olan "Mercedes-Benz"in adını icad etdiyi avtomobilə verib. Mercedes emblemindəki üçguşəli ulduz "Mercedes"in quru, su və havadakı gücünü ifadə edir.

"Adidas"

İdman məhsulları istehsalçısı "Adidas", adını qurucusu Adolf Dasslerin ləqəbi olan "Adi" və soyadının ilk 3 hərfinin birləşməsindən alıb.

"Canon"

Adını şirkətin istehsal etdiyi ilk kamera olan "The Kwanon"dan mənimsəyib. 1935-ci ildə dünya tərəfindən tanına bilməsi üçün adı "Canon" olaraq dəyişdirilib.

"Audi"

Almaniyanın ən əhəmiyyətli avtomobil firmalarından olan "Audi"nin qurucusu Avqust Horkun adı latıncada "dinlə" mənasını verir. Ancaq Hork bu adı başqa bir avtomobil şirkətinə vermişdi. Simvolundakı 4 dairə avtomobil şirkətlərinin birliyini göstərir: "Audi", "Dkw", "Horch" və "Wanderer".

"Coca Cola"

İçki firması "Coca Cola" öz adını tərkibində istifadə edilən "Coca" yarpaqları və "cola" fıstığından mənimsəyib. Qurucusu Con S. Pembertondur.

"Nike"

Dünyanın qabaqcıl idman məhsulları istehsalçısı "Nike"nin adının mənası yunan mifologiyasında zəfər tanrısı olaraq bilinən "Nikea"ın adı ilə bağlıdır. Markanın işarəsi ilahənin uçuşunu simvolizə edir. Türkiyənin çiniləriylə məşhur İznik şəhərinin də köhnə adı Nikeadır.

"Skype"

İnternet vasitəsi ilə səsli və görüntülü ünsiyyəti təmin edən "Skype" üçün ilk ad kimi "Sky-Peer-To-Peer" düşünülsədə daha sonra "Skyper" və ən sonda "Skype" olması qərara alınıb.

"Google"

"Google", "googol" sözünün üzərində dəyişiklik edilərək ortaya çıxarıldı. Edvard Kasner adlı amerikalı riyaziyyatçının qardaşı oğlu, Milton Sorotta tərəfindən səsləndirilən "googol" sözü əslində 1 və onun ardından 100 rəqəmini ifadə edən riyazi bir termindir. Bu ad "Google"un internetdəki məlumat axnını təşkil etməsinə işarədir.

Tarix
2014.02.22 / 08:00
Müəllif
Elçin Aslangil
Digər xəbərlər

Rusiyanın miqrant şantajı: bu ölkələr də etiraza qalxacaq

Şahin Şıxlinski sərbəst buraxıldı

Azərbaycan Polisi 107 yaşında!

Rusiyadakı beynəlxalq təşkilatlara müraciət olunacaq

Moskvanın Bakıya “demarşı”: buna hazırlaşmalıyıq

Əliyev və Zelenski razılaşdı: Yaxın zamanda...

Vladimir Zelenski İlham Əliyevə başsağlığı verdi

Məhkəmədən Kartavıx və Belousovla bağlı qərar...

Rəsmi Bakıdan Rusiyaya: Daxili işimizə qarışma! - Nota

Rəsmi Bakı Şvıdkoya cavab verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla