Yuxarı

Vəzifəli şəxsləri şantaj edən baş redaktora hökm oxundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vəzifəli şəxsləri şantaj edən baş redaktora hökm oxundu

Şəki Ağır Cinayətlər Məhkəməsində sosial şəbəkədə barələrində rüsvayedici məlumatlar yayacağı hədəsi ilə ayrı-ayrı şəxslərdən jurnalist adı altında pul tələb edən Baloğlan Mirzəliyev və Elxan Heydərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Axar Oxu.az-a istinadla xəbər verir ki, prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə hər iki təqsirləndirilən şəxs 5 il azadlıqdan məhrum edilib.

İttihama görə, Sumqayıt, Şirvan, Astara və Göyçay sakini olan bir neçə nəfər və vəzifəli şəxslərin müraciəti əsasında əvvəllər də dələduzluq və hədə-qorxu ilə tələbetmə cinayətlərinə görə məhkum olunmuş "İynə" satirik jurnalının baş redaktoru 62 yaşlı Baloğlan Mirzəliyev və redaktoru 55 yaşlı Elxan Heydərov Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıblar.

Fakta görə cinayət işi başlanılıb.

Tarix
2026.09.28 / 10:05
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla