Yuxarı

Bakıda yeni avtomobil tuneli tikiləcək - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda yeni avtomobil tuneli tikiləcək - Video

Məhəmməd Xiyabani küçəsi ilə Xarici Dairəvi Avtomobil Yolunun kəsişməsində nəqliyyat hərəkətinin yenidən təşkili nəzərdə tutulur.

Axar.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) layihəsi çərçivəsində ərazidə tunel tipli yolötürücüsünün, dairəvi hərəkətin təşkil olunduğu yolayırıcının və Qaradağ istiqamətində yan yolun yaradılması planlaşdırılır.

Layihəyə əsasən, müxtəlif istiqamətlər üzrə nəqliyyat axınlarının bir-birindən ayrılması və hərəkətin müxtəlif səviyyələrdə təşkili nəzərdə tutulur. Bununla qovşaqda nəqliyyat vasitələrinin hərəkətində yaranan kəsişmələrin və gecikmələrin azaldılması, giriş və çıxışların daha səmərəli təşkili hədəflənir.

Layihə çərçivəsində piyadaların rahat və təhlükəsiz hərəkəti üçün müvafiq infrastrukturun yaradılması da nəzərdə tutulur.

Yeni yol qovşağının 20 Yanvar, Şamaxinka və Qaradağ istiqamətlərində nəqliyyat axınlarının bölüşdürülməsinə də təsir göstərəcəyi bildirilir.

Qeyd edək ki, bu layihə “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan 24 yol layihəsindən biridir.

Tarix
2026.09.28 / 10:18
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla