Axar.az
Yuxarı

Axar.Az Logo

Türkiyə və İsraildən Rusiyaya mühüm siyasi mesaj

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsraillə Türkiyənin yaxınlaşmasına təkan verən Yaxın Şərqdə baş verən proseslərdir.

Bu barədə Axar.az-a açıqlamasında analitik Vüqar Zifəroğlu deyib. Onun sözlərinə görə, bölgədə baş verən proseslər faktiki olaraq hər iki ölkəni yaxınlaşmağa vadar edir:

"İki vacib faktor isə bu yaxınlaşmanı ciddi müttəfiqlik səviyyəsinə qaldırır. Onlardan birincisi, İsrailin təbii qaz ehtiyatlarıdır. Bu faktor Türkiyənin Rusiyaya olan asılılığına alternativ ola bilər. Türkiyə ölkə üzrə yanacaq enerjisinin 32,5%-ni təbii qazla qarşılayır və bunun 55%-ni Rusiya təmin edirdi. Türkiyənin İrandan aldığı qazın qiymətləri ilə bağlı da narazılığı var və rəsmi Tehranla bir neçə dəfə aparılan danışıqların nəticəsi uğurlu olmayıb. Təbii qaz ehtiyatının 40 faizini ixrac etməkdə qərarlı olan İsrail isə bu məsələdə ciddi tərəfdaş ola və hər iki tərəf bundan karlı çıxa bilər".

Analitikin sözlərinə görə, Türkiyə və İsrail arasında yaxınlaşma və hərbi iş birliyi başda İran olmaqla, Rusiya, İraq və Suriyaya yönəlik bir mesajdır:

"İsrail və Türkiyə arasında yaxınlaşmaya təkan verən əsas faktor Yaxın Şərqdə baş verən proseslərdir. Regional vəziyyət bu yaxınlaşma üçün münbit zəmin formalaşdırır. Diqqət edin, Rusiya ilə yaşanan böhrana paralel olaraq, Əsəd və Sisi ilə gərgin münasibətlər, eləcə də Səudiyyə və Qatarın liderlik etdiyi Ərəb ittifaqı və İranla ənənəvi rəqabət Türkiyənin mövqelərinə təsirsiz ötüşmür. Əsasən də Vyana razılaşmasından sonra mövqelərini gücləndirən və ətrafında "şiə halqası" formalaşdırmağa müvəffəq olan, İran və Yaxın Şərqdə son iki ildə kifayət qədər ciddi siyasi və hətta hərbi aktivlik nümayiş etdirən Rusiya faktoru bu iki ölkənin yaxınlaşması üçün ciddi əsasdır".

Qeyd edək ki, İsrail-Türkiyə münasibətləri 2010-cu ildə mayın 31-də İsrail hərbçilərinin "Mavi Mərmərə" gəmisinə hücumundan sonra pozulub. Türkiyə İsrail ilə münasibətləri normallaşdırmaq üçün 3 əsas şərt irəli sürüb: Tel-Əviv üzr istəməli, ölən Türkiyə vətəndaşlarının ailələrinə təzminat ödənilməli, Qəzzanın blokadasına son qoyulmalıdır.

Hazırda isə Ankara və Tel-Əviv ikitərəfli münasibətlərin normallaşdırılması haqqında müqaviləni imzalamağa yaxınlaşıblar.

Tarix
2016.06.11 / 08:30
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Türkiyənin meqa torpedosu - Video

BMT-dən Qəzza açıqlaması: 200-dən artıq ev dağıldı

Ermənistan KTMT-yə rəsmi müraciət etdi - Avinyan

Medvedçuk Putin üçün kimdir? – Kreml açıqladı

Qarabağın azad olunmasını dəstəklədiyimiz kimi... - Ərdoğan

Cümə namazı zamanı partlayış: 12 ölü

Putin TŞ-ni toplayır

İsrail Hizbullaha aid avtomobili vurdu

THY Təl-Əvivə uçuşları dayandırdı

Türkiyənin yerli vaksini bu tarixdə hazır olacaq

KULT
<>
Xəbər xətti
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla