Yuxarı

ABŞ sayəmizdə 2,5 milyard qazandı - Kobaxidze

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ sayəmizdə 2,5 milyard qazandı - Kobaxidze

ABŞ gürcü hərbçilərin Əfqanıstan və İraqdakı missiyalarda iştirakı sayəsində 2,5 milyard dollar qənaət edib.

Axar.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze Gürcüstanın “İmedi” telekanalına müsahibəsində bildirib.

"Amerika tərəfi bizim Əfqanıstan və İraqdakı missiyalarda iştirakımız sayəsində 2,5 milyard dollar qənaət edib. Eyni zamanda Amerika büdcəsindən ölkəmizə real Amerika yardımı 2,5 milyard dollardan çox azdır", - Kobaxidze deyib.

Gürcüstan hökumətinin başçısı vurğulayıb ki, o, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Demokratiya üçün Milli Fondun (NED) yardım adı altında Gürcüstana ayırdığı pulları nəzərdə tutmur.

Baş nazirin sözlərinə görə, bu təşkilatlar vasitəsilə ayrılan pullar ölkədəki iğtişaşlara xərclənib.

Kobaxidze əlavə edib ki, Gürcüstana yeganə yardım 2008-2011-ci illərdə olub, çünki keçmiş prezident Mixail Saakaşvili rejimini xilas etmək lazım idi.

Tarix
2025.05.18 / 22:40
Müəllif
Axar.az
Digər xəbərlər

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

İlham Əliyev Türkiyə səfərindən video paylaşdı

İlham Əliyevin Türkiyəyə səfəri başa çatdı

İlham Əliyev və ailəsi COP31 Sammitində... - Foto

Ərdoğan Azərbaycana təşəkkür etdi

Azərbaycanlı bloger Ermənistana buraxılmadı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla