Yuxarı

Ukrayna bu şəxsləri azad etdi, çünki...- Markov

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukrayna bu şəxsləri azad etdi, çünki...- Markov

Ukrayna və Rusiya arasında əsir mübadiləsi ümumilikdə 1000 nəfəri (1000-in 1000-ə) əhatə edəcək və 3 gün davam edəcək. Birinci mərhələdə (ötən gün - red.) 390 nəfər – 390 nəfərə qarşı dəyişdirilib. Onlardan 270-i hərbi qulluqçu, 120-si isə mülki şəxs olub. Bu, mülki şəxslərlə bu miqyasda ilk genişmiqyaslı mübadilədir.

Axar.az xəbər verir ki, bu sözləri rusiyalı politoloq Sergey Markov deyib.

“Ukrayna həbsxanalarından Rusiyaya rəğbət göstərməkdə ittiham olunan şəxslər azad edilib. Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya bu prosesi mümkün qədər tez başa çatdırmaq istəyir.

Mülki şəxslərin dəyişdirilməsinə başlanmasının səbəbi isə odur ki, Ukraynadakı rus hərbi əsirlərinin sayı azalır və yaxın zamanda tamamilə tükənə bilər”, - o bildirib.

Qeyd edək ki, bu gün əsirlərin mübadiləsi davam edib və tərəflər bir-birinə 307 əsir qaytarıblar.

Tarix
2025.05.24 / 15:48
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

"Azər", yoxsa "Azəri"? - Millət vəkilindən şərh

Hikmət Hacıyev İran XİN başçısının müavini ilə görüşdü

Kartda saxlanılan maaş və pensiyalara əlavə ödəniş...

Bu halda Azərbaycan soydaşlarını qorumaq üçün... - VP

Trampın Bakı ilə bağlı bu addımı İrəvanda diqqət çəkdi

Günay Ağamalı sədr seçildi

ABŞ İrana hücum edəcək? - Pol Qobldan mühüm proqnoz

Cəlalzadə Bakıda kimi hədələdi? - İranla bağlı təhlükə

Ceyms Di Vens Azərbaycana gəlir

Tramp İlham Əliyev və Paşinyana təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla