Yuxarı

Bu ölkələr bizlə gizli əməkdaşlıq edir, üzdə isə… - Cabarov

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu ölkələr bizlə gizli əməkdaşlıq edir, üzdə isə… - Cabarov

Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Vladimir Cabarov Avropa Birliyinin siyasətini sərt şəkildə tənqid edib. O, AB-nin Rusiyaya qarşı sərgilədiyi mövqeyi “dəli olmaq” kimi qiymətləndirib.

Axar.az xəbər verir ki, bu barədə RT məlumat yayıb.

Cabarovun açıqlaması Brüsselin yeni antirusiya sanksiyalar paketi hazırlaması fonunda verilib. Məlumata görə, Avropa Birliyi 20 Rusiya bankının SWIFT beynəlxalq ödəniş sistemindən ayrılmasını müzakirə edir.

“Vəziyyət getdikcə dərinləşir və məncə, onlar tezliklə ayılacaqlar. Çünki anlayacaqlar ki, uçuruma yaxınlaşıblar və tək qalıblar. Hətta amerikalılar belə Rusiyanın tam təcridi ideyasını dəstəkləmir”, – deyə o bildirib.

Cabarov həmçinin qeyd edib ki, Avropa ölkələri bir tərəfdən Rusiya banklarını sistemlərdən ayırmaqla hədələyir, digər tərəfdən isə vasitəçilər üzərindən Rusiya qazı və neftinin alqı-satqısını artırır:

“Bu, əsl riyakarlıqdır. Açıq şəkildə Rusiya ilə əlaqələrin kəsilməsini tələb edirlər, amma pərdə arxasında iqtisadi münasibətləri davam etdirirlər”.

Tarix
2025.05.24 / 20:52
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Qaliblərin adı açıqlandı: Siyahıda İlham Əliyevin də adı var

Türkiyə Hacıbəylini niyə təhvil vermir? - Şübhəli məqamlar

İrəvandan Türkiyə və Azərbaycanla bağlı açıqlama

Prezident və xanımı İsveçrəyə getdi - Foto

Aleksandr Vuçiç Azərbaycana gələcək

Polşa səfirliyi Azərbaycana başsağlığı verdi

Azərbaycan XİN İspaniyaya başsağlığı verdi

Xalqımızın məruz qaldığı ən dəhşətli faciələrdən biri...

Rusiya Azərbaycan vətəndaşlarını deportasiya etdi

Hindistan elan etdi: Bu raketlər İrəvana çatdırıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla