Yuxarı

İsraili hədələyən, bu gecə öldürülən Salami kimdir?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İsraili hədələyən, bu gecə öldürülən Salami kimdir?

Xəbər verdiyimiz kimi, İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri Hüseyn Salami İsrailin bu gün səhər tezdən İrana endirdiyi hava zərbəsi nəticəsində həlak olub. ABŞ-ın tez-tez sanksiyalar tətbiq edib, terrorçu adlandırdığı Hüseyn Salami İranın hərbi strategiyalarında önəmli rol oynayıb və İranın regional təsirini gücləndirən əməliyyatlarda əsas füqur kimi tanınıb.

Axar.az xəbər verir ki, Hüseyn Salami 1960-cı ildə İranın İsfahan vilayətinin Gülpayeqan şəhərində anadan olub.

1978-ci ildə İran Elm və Texnologiya Universitetində maşın mühəndisliyi üzrə təhsilə alıb. Lakin İran-İraq müharibəsi başlayandan sonra İran İslam İnqilabı Keşikçiləri Korpusuna qoşulub və müharibədən sonra təhsilini davam etdirib.

İran-İraq müharibəsi zamanı Salami İsfahanda İnqilab Keşikçiləri Korpusunun bölmələrində xidmət edib. O, 2005-ci ildə SEPAH-ın Hərbi Hava Qüvvələrinin komandanı olub. 2009-cu ildə isə baş komandanın müavini təyin edilib. O, Tehranda Ali Milli Təhlükəsizlik Universitetində də müxtəlif vəzifələrdə çalışıb.

Salami 2019-cu il aprelin 21-də İranın dini lideri Əli Xamenei tərəfindən SEPAH-ın komandanı təyin edilib.

Salami xidməti dövründə ABŞ, İsrail və Səudiyyə Ərəbistanına qarşı sərt mövqeyi ilə diqqət çəkib.

Salami müxtəlif vaxtlarda ABŞ və BMT tərəfindən sanksiyalara məruz qalıb. O, 2006-cı ildə BMT Təhlükəsizlik Şurası, 2007-ci ildə isə ABŞ Maliyyə Nazirliyi tərəfindən İranın nüvə və ballistik raket proqramları ilə əlaqəsinə görə sanksiya siyahısına salınıb.

Qeyd edək ki, İsrail Hərbi Hava Qüvvələri 13 iyun səhər tezdən İranın nüvə və hərbi bazalarına zərbələr endirib. Zərbələr nəticəsində İranın Natanzdakı nüvə obyekti, Təbriz və digər şəhərlərdəki hərbi və raket bazaları vurulub, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Məhəmməd Bagiri, İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri Hüseyn Salami, SEPAH generalı Qulaməli Rəşid və bir neçə nüvə alimi öldürülüb.

Tarix
2025.06.13 / 13:32
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

Ermənistan XİN-dən “Tramp Marşrutu” ilə bağlı açıqlama

İlham Əliyevin İrana səfəri planlaşdırılır

Prezidentdən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı paylaşım

Təyyarə qəzası: Türkiyəyə Ankarada “xəbərdarlıq” edildi? - Ağar

Saşanın anası danışdı: Atası Qarabağda döyüşüb

Tufan Sadıqova qarşı ağır ittiham: Dövləti aldadıb...

Həbs edilən şəbəkə haqda şok iddia: Elə yüklər daşınıb ki...

Prezidentin ad günündən ailə - Fotosu

Məhz indi Bəylər Əyyubovun bu açıqlaması trend oldu - Video

İlham Əliyevdən xəbərdarlıq: Ayıq olmalıyıq...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla