Yuxarı

Çavuşoğludan qaqauzlarla bağlı mühüm təklif

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çavuşoğludan qaqauzlarla bağlı mühüm təklif

Qaqauz Yeri Muxtar Ərazi Qurumunun (Moldova Respublikası) başqanı İrina Vlax və Türkiyə Cümhuriyyətinin xarici işlər naziri Mövlud Çavuşoğlu ikitərəfli əməkdaşlığın inkişafı aspektlərini müzakirə ediblər.

AzərTac xəbər verir ki, iyunun 21-də keçirilən görüş Qaqauz nümayəndə heyətinin Ankaraya səfəri çərçivəsində baş tutub.

M.Çavuşoğlu Türkiyə və Moldova Respublikası arasında münasibətlərin inkişaf dinamikasını yüksək qiymətləndirib. Nazir vurğulayıb ki, vizasız rejimin tətbiqi ilə iki ölkə arasında turist axını xeyli artıb. Türkiyə və Moldovanın gündəmində növbəti addım azad ticarət sazişinin ratifikasiyasıdır. Bu kontekstdə M.Çavuşoğlu İstanbulda Qaqauz nümayəndəliyinin açılışının vacib olduğunu vurğulayıb.

Türkiyənin xarici işlər naziri deyib: "Ötən həftə Sankt-Peterburqda Qaqauz nümayəndəliyi açılıb. Məncə, həmin layihə İstanbulda da həyata keçirilməlidir. Nümayəndəlik Qaqauz Yeri Muxtar Ərazi Qurumuna investorların sayının artmasına kömək edəcək. Türkiyə tərəfindən Qaqauz Yerinə təhsil sahəsində, eləcə də teleradiokommunikasiyanın inkişafında dəstək verilir. Bu təcrübə davam edəcək".

İrina Vlax Qaqauz xalqına göstərilən sistemi dəstəyə görə Türkiyə hökumətinə minnətdarlığını bildirib, sosial layihələrin həyata keçirilməsində Türk Əməkdaşlığı və Əlaqələndirmə Agentliyinin (TİKA) rolunu vurğulayıb.

Muxtar Ərazi Qurumunun başqanı deyib: "Bu gün iqtisadiyyatımızın real sektoruna investisiyaların cəlb edilməsinə ehtiyac var. Hazırda Türkiyə regionda aparıcı xarici investordur. Biz türk kapitalı ilə yeni müəssisələrin yaradılmasına ümid edirik".

Tərəflər Qaqauz Yeri Muxtar Ərazi Qurumu ilə Bursa arasında regionlararası əməkdaşlıq haqqında saziş imzalanmasına dair razılığa gəliblər.

Görüşdə tərəflər ayrıca məsələ kimi TİKA tərəfindən həyata keçirilən prioritet layihələrin mərhələləri, o cümlədən Komrat şəhərində Rəcəb Tayyib Ərdoğan adına təhsil kompleksinin tikintisi layihəsini müzakirə ediblər.

Tarix
2016.06.22 / 02:00
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Yohan David Vadefulla görüşdü

İlham Əliyev Mariam Kvrivişvilini qəbul etdi

Azərbaycanda məzuniyyətə çıxmaq məcburi olacaq

Hər bir azərbaycanlı müstəqil dövləti ilə qürur duyur!

Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi - Foto

Nəsimi Ermənistana hansı silah-sursatla keçib?

Almaniya xarici işlər naziri Azərbaycana gəlir

Hacıyev AB-nin yüksəkvəzifəli rəsmiləri ilə görüşdü

Tramp-Putin-Si görüşü: dünyada nə dəyişəcək?

İlham Əliyevdən 17 Noyabrla bağlı paylaşım

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla