Yuxarı

İran Hörmüz boğazını bu cür minalaya bilər

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran Hörmüz boğazını bu cür minalaya bilər

Ən dar yerdə Hörmüz boğazının eni 21 mil (39 km) təşkil edir. Eyni zamanda, İranın ərazi sularının eni 22 mil, boğazın digər tərəfində yerləşən Omanın isə 12 mildir. Yəni boğazdan keçən gəmilər təyinat limanlarına çatmaq üçün sülh yolu ilə keçmək hüququndan istifadə edirlər. Bu keçid hər biri təxminən 2,5 km enində olan iki nəqliyyat kanalına bölünür, onların arasında 5 kilometrlik bufer zonası yerləşir. Boğazın minalanması o qədər də çətin məsələ deyil. İranın 5000-dən 6000-ə qədər dəniz minası var.

Axar.az xəbər verir ki, bu fikirləri rusiyalı siyasi- hərbi ekspert İqor Korotçenko bildirib.

Onun sözlərinə görə, bu qədər mina Hörmüz boğazını bağlamaq üçün kifayətdir:

“İran İslam Respublikasının mina arsenalı müxtəlif növdədir. Bu arsenal köhnə modellərdən olan lövbərli minaları, yalnız suüstü gəmilər deyil, həm də sualtı qayıqlar və aviasiya vasitəsilə yerləşdirilə bilən dib minalarını əhatə edir. Həmçinin lövbərlə bərkidilən, lakin işə düşdükdə lövbərini buraxaraq şaquli şəkildə səthə çıxan minalar və hədəfi “hiss etdikdə” fəaliyyətə başlayan – suyun altında lövbərlə saxlanılan və ya dibdə yerləşdirilən öz-özünü tuşlayan elektrik torpedaları da bu arsenala daxildir.

Onlar kontakt və qeyri-kontakt (maqnit, akustik, hidrodinamik, induksiya və kombinə edilmiş) partladıcılarla təchiz olunurlar.

Boğazda mina yerləşdirilməsi üçün kiçik yük gəmilərindən istifadə edilə bilər, çünki döyüş gəmilərinin fəaliyyəti diqqəti cəlb edərdi. SEPAH-ın sürətli katerləri hər biri iki mina yerləşdirmək qabiliyyətinə malikdir. Həmçinin 125 tonluq tutumu olan “Qadir” tipli 20 kiçik sualtı qayıq iki torpeda qurğusundan dörd mina yerləşdirə bilir”.

Tarix
2025.06.23 / 13:52
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Ölkədə bu şəxslərə ödənişlə bağlı müqavilə forması dəyişdi

Vətəndaş müharibəsi və parçalama ssenarisi: İranı nə gözləyir?

Rusiyadan təyyarəmizi vurduran şəxslə bağlı şok qərar

Bakıdan 48 vaqon neft məhsulu Ermənistana yola salındı - Video

ABŞ başa düşməlidir: Azərbaycanlılar onu istəmir!

Nəsimi Nəbizadə ilə bağlı bütün suallara aydınlıq gətirildi

Dünya nizamı yoxdur, qaydasız nizamsızlıq var - Pol Qobl

Azərbaycandan 7600 ton yanacaq gəlir - Papoyan

Azərbaycanın bu qədər ərazisi nəzarətimizdədir - Simonyan

Rusiya bundan Azərbaycana təzyiq üçün istifadə edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla