Yuxarı

Dünya nizamı yoxdur, qaydasız nizamsızlıq var - Pol Qobl

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dünya nizamı yoxdur, qaydasız nizamsızlıq var - Pol Qobl

Axar.az ABŞ Dövlət Departamentinin keçmiş əməkdaşı, analitik Pol Qoblun dünya və bölgədə baş verənlərlə bağlı Teleqraf İnformasiya Agentliyinə müsahibəsini təqdim edir:

- Dünyada nə baş verir? Hər yerdən qəribə xəbərlər gəlir. Rusiya-Ukrayna müharibəsi, Venesuela hadisələri, Tayvan, İran, Qrenlandiya, Suriya - bütün bunların mənası nədir? Bunlar yeni dünya nizamının formalaşması prosesindən qaynaqlanan hadisələrdirmi?

- Yeni dünya nizamı yoxdur, xaos var. Bu da həm Putin, həm də Trampın addımlarının nəticəsidir. Nəticədə heç kim nə və kimə güvənə biləcəyini bilmir. Buna görə də, beynəlxalq nizamın mövcudluğuna arxalanmadan, hər kəs öz hərbi gücünü artırır, bacardığı kimi hərəkət edir. Bu isə son dərəcə təhlükəli vəziyyətdir, səhv hesablamalara, hətta böyük müharibəyə gətirib çıxara bilər.

- Sizcə, yeni dünya nizamı necə olacaq, gələcək düzənin güclüləri kimlər olacaq?

- Dediyim kimi, mən “yeni dünya nizamı”ndan yox, daha çox “qaydasız yeni nizamsızlıq”dan danışmağın doğru olduğunu düşünürəm. Bir çox ölkə rol oynayacaq, amma ən böyük rollar ehtimal ki, ABŞ (gücünə görə), Rusiya (aqressivliyinə görə) və Çinə (uzunmüddətli perspektivə olan inamına görə) məxsus olacaq.

- Dünyanın ABŞ, Çin və Rusiya arasında təsir zonalarına bölüşdürülməsindən danışılır. Bu haqda necə düşünürsünüz, belədirsə, hansı güc hara nəzarət edəcək?

- Bunu sabitliyin yeni mənbəyi kimi yox, daha çox kobud hərbi-iqtisadi gücün düşüncəyə hakim olduğu, qaydaların isə (bəlkə də avropalılar istisna olmaqla) heç kim tərəfindən qəbul edilmədiyi bir dünyanın təzahürü kimi görürəm.

- Gərgin qlobal proseslər fonunda Cənubi Qafqaz ölkələri – Azərbaycan, Gürcüstan və Ermənistanla bağlı fikirləriniz necədir?

- Bakı həm Zəngəzur məsələsində, həm də Türkiyə ilə əlaqələrin genişləndirilməsi istiqamətində daha cəsarətli addımlar atacaq. İrəvan Türkiyə və Azərbaycanla razılaşmalar əldə etməyə çalışacaq. Gürcüstan isə çaxnaşma və qeyri-sabitlik vəziyyətində qalmağa davam edəcək.

- İranda nə baş verir: cərəyan edən hadisələr hakimiyyət dəyişikliyi ilə nəticələnə bilərmi?

- İran xalqı heç vaxt ayətullalardan tam razı olmayıb. Onlar Xomeynidən əvvəl malik olduqları daha açıq cəmiyyəti bərpa etmək və dəyişiklik yaratmaq üçün fürsət görürlər. Artıq iki regional paytaxtı ələ keçiriblər, bu da dini rejimin devrilmə yolunda olduğunu göstərə bilər. Bu baş verərsə, İran etnik xətlər üzrə parçalanma riski ilə üzləşə bilər.

Tarix
2026.01.09 / 11:45
Müəllif
Axar.az
Digər xəbərlər

Şahin Bağırov müharibə iştirakçısına yüksək vəzifə verdi

Azərbaycandan benzin idxalı: İrəvan 2,6 milyon qənaət edəcək

Ukrayna humanitar yardımlara görə Azərbaycana təşəkkür etdi

Prezidentin çıxışından sonra telekanallar hərəkətə keçdi

AMEA-da yeni təyinatlar oldu

Minlərlə şəxs ödənişdən azad edilir - Vacib qərar

Anar Əsədli və Oqtay Qasımov arasında qarşıdurma

Nəsimi Nəbizadənin qardaşı həbs olundu

Azərbaycanda bu vəzifələr ləğv olundu

Ölkədə bu şəxslərə ödənişlə bağlı müqavilə forması dəyişdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla