Yuxarı

“İbrahim sazişləri"nə elə ölkələr qoşulacaq ki... - Uitkoff

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
“İbrahim sazişləri"nə elə ölkələr qoşulacaq ki... - Uitkoff

ABŞ Prezidenti Donald Tramp üçün “İbrahim sazişləri"nin genişləndirilməsi əsas prioritetlərdən biridir və yaxın vaxtlarda bu sazişə bir neçə ölkənin qoşulması gözlənilir.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff CNBC telekanalına müsahibəsində deyib.

Uitkoff əlavə edib ki, ABŞ "gözlənilməz ölkələr"lə də münasibətləri normallaşdırmaq istəyir.

Onun sözlərinə görə, bu addım Yaxın Şərqdə sabitliyə töhfə verəcək.

Qeyd edək ki, Tramp bu sazişi birinci prezidentlik müddətindəki əsas uğurlardan biri hesab edir. “İbrahim sazişləri” 2020–2021-ci illərdə ABŞ-ın vasitəçiliyi ilə İsrail və bir sıra ərəb ölkələri arasında əldə olunub. 2020-ci ildə İsraillə münasibətləri Bəhreyn, BƏƏ və Mərakeş normallaşdırıb. 2021-ci ildə isə Sudan İsraillə diplomatik münasibətlərin qurulduğunu elan edib. Bu sazişlərdən əvvəl İsrailin ərəb ölkələrindən yalnız Misirlə (1979) və İordaniya ilə (1994) diplomatik əlaqələri mövcud idi.

Daha əvvəl Trampın xüsusi nümayəndəsi bildirmişdi ki, yaxın gələcəkdə Səudiyyə Ərəbistanı, həmçinin Livan, Liviya və Suriya da “İbrahim sazişləri"nə qoşularaq, İsraillə münasibətləri normallaşdıra bilər.

Tarix
2025.06.26 / 12:04
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

İlham Əliyevlə Ərdoğanın birgə mətbuat konfransı - Video

Ərdoğan Zəfər Günü ilə əlaqədar paylaşım etdi

Prezidentlər Şuşa qalası önündə - Foto

Əliyev və Ərdoğandan qardaşlıq mesajı - Foto

Prezidentlər Zəfər abidəsinin önünə əklillər qoydular

Türkiyə Ağdamda yeni məktəb inşa edir

Birinci xanımlar çay masası əsnasında söhbət ediblər - Foto

Prezidentlər Xocalı Soyqırım Memorialını ziyarət etdilər

Türkiyə Ərdoğanın rəhbərliyi ilə böyük gücə çevrilib - Prezident

Bu tarixi səfərin əsas nəticəsi məhz budur - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla