Yuxarı

Manatı qarşıda nələr gözləyir – Vahid Əhmədov

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyanın Avropa Birliyindən çıxması maliyyə bazarlarına öz təsirini göstərəcək.

Bu sözləri Axar.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib. Deputat bildirib ki, bundan sonra hər şey AB-nin gələcək işini necə quracağından asılıdır:

"Əksər dövlətlər dollarla yanaşı, funt sterlinqlə də işləyirlər. Hazırda ingilis funtu 20 faiz ucuzlaşıb. Yəni bir çox ölkələrdə dönərli valyuta olduğundan son proseslər bu dövlətlərə ciddi mənfi təsir göstərəcək. Bu proses Böyük Britaniya ilə iqtisadi, ticari əlaqələri olan dövlətlərdən də yan keçməyəcək. Ümumiyyətə, AB-nin dövlət siyasəti primitiv olaraq qalacaq".

Millət vəkili Böyük Britaniyanın AB-də çıxmasının Azərbaycana təsirlərindən də danışıb:

"Dövlət ehtiyatlarının 5 faizə yaxını funt sterlinqdə saxlanılır. Bu o anlama gəlir ki, Dövlət Neft Fondu ziyana düşə bilər. İkincisi, belə bir siyasi vəziyyətin yaranması manata təzyiqləri artıracaq. O ki qaldı Böyük Britaniya ilə Azərbaycanın ortaq iqtisadi, ticari əlaqələrinə, BP uzun müddətdir ölkədə fəaliyyət göstərir və bu istiqamətdə hər hansı dəyişikliklər gözlənilmir, yəni ciddi problemlər olmamalıdır. Ancaq ümumilikdə son proseslər iqtisadi vəziyyətə təsirsiz ötüşməyəcək".

Qeyd edək ki, iyunun 23-də keçirilən referendumda britaniyalılar krallığın Avropa İttifaqının tərkibindən çıxmasına səs verib.

Tarix
2016.06.27 / 09:41
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla