Yuxarı

Prezident taciklərin İstanbul teraktından danışdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tacikistan prezidenti Emoməli Rəhmon iyunun 28-də İstanbulun Atatürk hava limanında törədilən və 42 nəfərin ölümünə səbəb olan qanlı terror aktı ilə əlaqədar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

Publika.az xəbər verir ki, başsağlığı məktubunda Prezident Emoməli Rəhmon Türkiyədə törədilən dəhşətli terror aktını qınadığını bildirib:

"Biz terrorçuların bu cür dəhşətli və bəşəriyyətə ziddi olan qeyri-insani qanlı əməlini qınayırıq. Hesab edirik ki, 21-ci əsrdə hələ də mövcud olan ekstremizm və qorxu yaradan terrora qarşı amansız mübarizə davam etdirilməlidir. İstanbulda törədilən qanlı terror aktı nəticəsində həlak olan insanlara Allahdan rəhmət, onların ailələrinə isə səbir diləyirəm".

Xatırladaq ki, Türkiyənin "Milliyyet" qəzeti İstanbuldakı terror aktını Tacikistan əsilli terrorçuların törətdiyini yazıb.

Qəzet Tacikistan əsilli olduqları bildirilən üç terrorçu-kamikadzenin fotoşəklini də dərc edib. Onların şəxsiyyətləri və hansı qrupa aid olduqları hələ müəyyənləşdirilməyib.

İlkin ehtimala görə, terror aktının arxasında İŞİD dayanır.

Tarix
2016.06.30 / 11:18
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla