Yuxarı

İşə getmək istəməyənləri müalicə edən klinika açıldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İşə getmək istəməyənləri müalicə edən klinika açıldı

Çinin Hebey əyalətində qeyri-adi tibbi xidmət - "İşə getmək istəməyənlərin müalicəsi üzrə klinika" açılıb.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, İnteqrasiya edilmiş Ənənəvi Çin və Qərb Tibb Xəstəxanasının təşəbbüsü artıq səs-küyə səbəb olub.

Yuxu və psixologiya şöbəsinin direktoru Yue Limin izah edib ki, klinikanın yaradılması ideyası məktəblilər üçün oxşar layihənin uğurundan sonra yaranıb. Belə ki, övladlarını "Mən məktəbə getməyi sevmirəm" klinikasına gətirən valideynlər tez-tez böyüklər üçün də analoji yardım haqqında soruşublar.

Klinikanın mütəxəssisləri peşəkar tükənmişlik, emosional qeyri-sabitlik hissi yaşayan və ya işlərinin mənasız olduğunu düşünən xəstələrə kömək edirlər. Yue vurğulayıb ki, klinika kömək üçün müraciət edən şəxslərə psixoloji maneəni azaltmaq üçün narahatlıq və ya depressiya terminlərindən qəsdən yayınır.

Diaqnostikaya psixoloji müsahibələr, xəstəlikləri (məsələn, hipertireoz) istisna etmək üçün fiziki müayinələr və fərdi terapiya planlarının hazırlanması daxildir. Layihəyə yüksək marağa baxmayaraq, Yue Limin qeyd edib ki, hələlik müraciət edən xəstələrin sayı elə də çox deyil.

Tarix
2025.07.21 / 13:51
Müəllif
Axar.az
Digər xəbərlər

Tramp-Putin-Si görüşü: dünyada nə dəyişəcək?

İlham Əliyevdən 17 Noyabrla bağlı paylaşım

Azərbaycanda Milli Dirçəliş Günüdür

Hikmət Hacıyev AB-nin xüsusi nümayəndəsi ilə görüşdü

Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında

3,7 milyonluq mənimsəmə işi: Keçmiş rəhbər nə dedi?

600-dən çox bal toplayanların hərbi xidməti ilə bağlı yenilik

Sibiqa buna görə Azərbaycanı təbrik etdi

Nazirlər Kabinetindən internetlə bağlı qərar

Azərbaycan İƏT-in iclasında belə təmsil olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla