Yuxarı

30 ildir ki, dünyaya bu mesajı çatdırıram - Deqati

Ana səhifə Kult Rəsm
12 Punto 14 Punto 16 Punto 18 Punto
30 ildir ki, dünyaya bu mesajı çatdırıram - Deqati

Bakıda Heydər Əliyev Mərkəzində dünya şöhrətli fotoqraf Rza Deqatinin "Fotoların tarixi" adlı sərgisi baş tutub.

Kult.az xəbər verir ki, Rza Deqati Teleqraf.com-a açıqlamasında fotolarının mesajının dünyaya Azərbaycan həqiqətlərini çatdırmaq olduğunu deyib:

"Bir çox dünya ölkələri gözünü həqiqətin üzünə bağlayıb. Bütün ölkələrdə fotolarımla Azərbaycan həqiqətini çatdırmışam. Xarici vətəndaşlara bildirmişəm ki, dövlətinizin siyasəti fərqlidir və sizə yanlış informasiya veriblər. Həqiqəti fotomla, sözlərimlə çatdırıram. Fransa və Amerikaya Azərbaycan həqiqətlərini yanlış təqdim ediblər. Mən də 30 ildir ki, dünyaya bu mesajı çatdırıram".

Rza Deqati qeyd edib ki, əsərlərində insan ruhunu göstərir:

"Fotolarımın çoxu müharibə zonasında çəkilib. Məsələn, Bakıda Rus pravoslav kilsəsini təqdim etdiyim fotoda Azərbaycanda dini tolerantlığın mövcud olduğunu bildirmişəm. Kilsə sovet vaxtı dağılmışdı, sonra təmir edildi. Səbəb müharibə və savaş deyil. Dünyaya insanlığı göstərirəm. Mesajım o idi ki, 30 ildir ki, ermənilər Azərbaycan torpaqlarını işğal ediblər, amma azərbaycanlılar xristian kilsəsini bərpa edir".

Qeyd edək ki, açıq havada təşkil edilən sərgidə Real TV-nin rəhbəri Mirşahin Ağayev, rejissor Yavər Rza iştirak edib.

Tarix
2021.07.31 / 19:11
Müəllif
Kult.az
Digər xəbərlər

Moskvaya gedən avtobus qəzaya düşdü: 50 azərbaycanlı...

XİN Türkiyəni təbrik etdi

Tramp iki ölkəni hədələdi - Sərt cavablar gəldi...

Güney azərbaycanlı fəallar məhkəməyə çağırıldı - Səbəb

Azərbaycandakı yəhudi dini icmaları birgə açıqlama yaydı

Avropanın iki paytaxtında Bakıya qarşı hazırlıq...

Liderlər Bişkekdə toplanır - Əliyev də var

Zaxarova Paşinyana: Sizi müdafiə etməyə gəlirdik, Qarabağı...

Türkiyənin Naxçıvandakı konsulundan Zəngəzur açıqlaması

Simonyan "rusları qəbul edə bilərik" dedi - Zaxarova qəzəbləndi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla