Yuxarı

Gənc əlil rəssamların sərgisi açıldı – Foto

Ana səhifə Kult Rəsm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gənc əlil rəssamların sərgisi açıldı – Foto

MM Mədəniyyət Komitəsi, Xalça Muzeyi, “Nəfəs” İB, RHİM və Masallı Təhsil Fondunun dəstəyi ilə fiziki imkanları məhdud bir qrup gənc rəssamın “Sərhədsiz sənətkarlıq” adlı sərgisi keçirilib.

Kult.az xəbər verir ki, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva istedadlı gənc rəssamların 3 dekabr - Beynəlxalq Əlillər Günü münasibəti ilə təşkil olunmuş “Sərhədsiz sənətkarlıq” adlı xeyriyyə sərgi-satış yarmarkasında çıxış edib.

Q.Paşayeva sərgidə rəsmləri nümayiş olunan gənc rəssamlar Aytac Quliyeva, Ceyhun Ənvərzadə, Dərgah Əliyev, Fuad Musayev, Lalə Həsənova, Samirə Salmanova, Vüsalə Musayevanı mənəvi övladları adlandırıb, oların həyata, sənətə tutunmasından, dözümündən, iradəsindən söz açıb:

“Bu gənclərin, demək olar, hər biri ilə ayrı-ayrılıqda görüşmüşəm, yaradıcılıqları, həyata, dünyaya rəngli baxışları ilə tanışam. Siz özünüz bu gün burada bir daha şahid olursuz ki, onlar necə gözəl əsərlər yaradıb, necə gözəl mövzular seçib və necə gözəl qəlbə malikdirlər. Üstəlik, bu gənc istedadlarımız yüksək vətənpərvərlik ruhu ilə seçilir. Gərək, bizlər hədiyyə alarkən məhz belə gənclərimizin əsərlərinə üstünlük verək. Sənətə, sənətçiyə, istedada, gənclərə dəstəyi hər birimiz sözdə yox, əməldə göstərməliyik”.

Millət vəkili sərgidə iştirak edənləri əsərlər almağa səsləyib.

Açılış mərasimində millət vəkilləri, ziyalılar çıxış ediblər.

Sərgidə nümayiş olunan əsərlərin əksəriyyəti aksiyanın 1-ci günü satılıb. Qeyd edək ki, xeyriyyə sərgi-satış yarmarkası 3 gün davam edəcək. Yarmarkanın gedişində gənc əlillər üçün ustad dərsləri də təşkil olunacaq.

Tarix
2021.12.05 / 01:49
Müəllif
Kult.az
Digər xəbərlər

Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək

Beynəlxalq konfransın iştirakçıları Şuşada...

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

Xəzərin səviyyəsinin aşağı düşməsinin səbəblərindən biri...

Azərbaycan, Rusiya və İran prezidentləri görüşdü

İlham Əliyev Xəzər Ekoloji Sammitində çıxış etdi - Foto

Xəzərlə bağlı bu davam edərsə, nəticələr fəlakətli ola bilər

Xəzər dənizini qorumaq vacibdir - Prezident

Prezident "Avaza" Kompleksində milli stendlərə baxdı - Foto

Əliyev Putin və Berdiməhəmmədovla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla