Yuxarı

Soyuq duş qəbul edənlərə - Şok xəbərdarlıq

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Soyuq duş qəbul edənlərə - Şok xəbərdarlıq

Havanın həddindən artıq isti olduğu günlərdə bir çox insan dərhal özünü soyuq suyun altına ataraq sərinləməyə çalışır.

Axar.az Musavat.com-a istinadən xəbər verir ki, Lancaster Universitetinin professoru Adam Teylor bu vərdişin gözlənilməz sağlamlıq təsirləri yarada biləcəyini bildirib.

Onun sözlərinə görə, cəmiyyətdə geniş yayılmış “soyuq su sərinlədir” fikrinin elmi əsası yoxdur.

Bədənimiz təxminən 37 dərəcə daxili temperaturu qorumağa proqramlaşdırılıb. Bu tarazlıq pozulduqda damarlar genişlənərək istiliyi bədəndən kənarlaşdırmağa çalışır. Soyuq suyun yaratdığı “şok effekti” isə bu təbii mexanizmin düzgün işləməsinin qarşısını alır.

Professorun sözlərinə əsasən, bədən qəfil şəkildə soyuq suya məruz qaldıqda dərinin altındakı qan damarları daralır və bu, istiliyin bədəndən çıxmasına mane olur. Nəticədə soyuq duş bədəni həqiqətən sərinlətmir, əksinə, istiliyi daxili orqanların ətrafında saxlayır.

Teylorun fikrincə, bu zaman bədənə yanlış bir siqnal verilir - sanki artıq istilik yoxdur və orqanizmin onu bədəndən atmasına ehtiyac yoxdur. Bu isə isti havalarda sağlamlıq üçün təhlükəli paradoks yaradır.

Professorun araşdırmalarına əsasən, soyuq duş qəbul etmək xüsusilə bəzi insanlar üçün riskli ola bilər. Suyun temperaturu 15 dərəcənin altına düşdükdə hipotermiyaya bənzər reaksiyalar yarana bilər. Qan təzyiqində qəfil artım isə xüsusilə ürək-damar problemləri olan şəxslər üçün təhlükə yaradır.

Mütəxəssislərə görə, yay günlərində ideal duş temperaturu 25-27 dərəcə arasında olmalıdır. Bu istilik həm bədənin termal balansını qoruyur, həm də sərinləmək üçün yetərlidir.

Soyuq duşun sağlamlıq baxımından digər bir mənfi tərəfi isə kifayət qədər gigiyena təmin etməməsidir. Mütəxəssislərin araşdırmalarına əsasən, soyuq su dəridəki sebumu (yağ təbəqəsini) və bakteriyaları təmizləməkdə yetərli təsir göstərmir. Bu isə bədəndə pis qoxunun qalmasına, məsamələrin tıxanmasına və sızanaq yaranmasına səbəb ola bilər. Dəridəki kiri effektiv şəkildə təmizləmək üçün ən ideal üsul isə ilıq duş almaqdır.

Tarix
2025.08.04 / 01:57
Müəllif
Axar.az
Digər xəbərlər

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezident Qətər Əmiri ilə görüşdü - Foto

Prezident Hakan Fidanı qəbul etdi

Bakı Bəyannaməsi qəbul olundu

İrəvana gediləcəkmi? – Ankara təsdiqlədi, Bakı isə...

Prezidentlər Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışında...

Jirinovski demişdi: Türkiyəyə qarşı plan... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla