Yuxarı

Çirkli şəhər havası autizmli uşaqları ağırlaşdırır

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çirkli şəhər havası autizmli uşaqları ağırlaşdırır

Seul Milli Universitetinin tədqiqatçıları havanın çirklənməsi ilə autizmli uşaqların daha da ağırlaşıb, xəstəxanaya yerləşdirilməsi arasında əlaqə olduğunu sübut ediblər. Ekoloji vəziyyətin pisləşməsinin bu kateqoriyadan olan uşaqlar üçün təhlükəli olduğunu vurğuladılar.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, autizm spektr pozğunluğundan əziyyət çəkən uşaqlar, hətta çox qısa müddət ərzində çirkli hava ilə təmasda olduqda xəstəxanaya yerləşdirmə riskinin artmasına səbəb olur. Üstəlik, ən yüksək risk oğlanlarda müşahidə olunur. Onlar belə nəticəyə gəliblər ki, autizmin aqressivlik, hiperaktivlik və hətta özünə zərər vermə kimi xarakterik əlamətləri havanın keyfiyyətini yaxşılaşdırmaqla qarşısını almaq və ya minimuma endirmək olar.

Tədqiqatçıların fikrincə, hətta qısa müddətli çirklənmiş havaya məruz qalma orqanizmdə və beyində sistemli iltihaba səbəb ola bilər. Bu, autizmli insanlarda xəstəxanaya düşmə riskini artırır. Əvvəlki tədqiqatlar uzun illər ərzində havanın uzunmüddətli çirklənməsi ilə uşaqlarda autizm spektri pozğunluqlarının inkişafı arasındakı əlaqəyə diqqət yetirmişdir.

Cənubi Koreyalı tədqiqatçılar bir neçə həftə və ya hətta gün ərzində qısamüddətli çikrli havaya məruz qalmanın məktəb yaşlı uşaqlarda autizm əlamətlərini pisləşdirə biləcəyini araşdırıblar.

Tarix
2025.08.05 / 02:00
Müəllif
Axar.az
Digər xəbərlər

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezident Qətər Əmiri ilə görüşdü - Foto

Prezident Hakan Fidanı qəbul etdi

Bakı Bəyannaməsi qəbul olundu

İrəvana gediləcəkmi? – Ankara təsdiqlədi, Bakı isə...

Prezidentlər Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışında...

Jirinovski demişdi: Türkiyəyə qarşı plan... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla