Yuxarı

Dünyanın ən sağlam qidası bəlli oldu

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dünyanın ən sağlam qidası bəlli oldu

Mütəxəssislərin apardığı genişmiqyaslı araşdırmalar nəticəsində dünyanın ən sağlam qidası açıqlanıb. Minlərlə məhsul arasından zirvəyə yüksələn qida isə razyana olub.

Axar.az Milli.az-a istinadən xəbər verir ki, vitamin və mineral baxımından olduqca zəngin olan razyana müntəzəm istifadə edildikdə immuniteti gücləndirir, bədəni sərbəst radikalların zərərli təsirindən qoruyur. Həmçinin, diabet riskini azaltmaqla yanaşı, xroniki xəstəliklərin qarşısının alınmasında da mühüm rol oynayır.

Toxumları həzm dostu, çayı isə sakitləşdirici təsirli

Razyana həm yarpaqları, həm toxumları, həm də kökü ilə mətbəxdə geniş istifadə sahəsinə malikdir. Toxumları həzmi asanlaşdırır, qaz və mədə spazmını aradan qaldırır. Razyana çayı isə sakitləşdirici təsiri ilə stressi azaldır, yuxu keyfiyyətini yaxşılaşdırır və sinir sistemini tarazlaşdırır.

Vitamin və mineral anbarı

Dəmir, kalsium, maqnezium və kaliumla zəngin olan razyana, sümük sağlamlığını dəstəkləyir, eyni zamanda əzələ funksiyalarının düzgün işləməsinə kömək edir. Metabolizmanı tənzimləyərək ümumi sağlamlığa müsbət təsir göstərir.

Çox vaxt çay kimi istehlak edilən razyana balıq və tərəvəz yeməklərinə qatdığı xüsusi ətirlə də seçilir. Beləliklə, həm sağlam, həm də dadlı bir seçim olaraq süfrələrdə yer alır.

Tarix
2025.09.02 / 02:00
Müəllif
Axar.az
Digər xəbərlər

Vadefulun Bakı və İrəvan səfəri - Tiflisdən imtina etdi

TRİPP başladı - İrandan sensasion reaksiya

Fərid Baxşıyev yüksək vəzifəyə seçildi

Türkiyənin böyük uğurunda Ukraynanın müstəsna rolu

Şeyx Moskvada - İlham Əliyevin məktubu təqdim olundu

ABŞ-da yüksək vəzifə alan Həmid Həşimzadə kimdir?

Mehdiyevin kürəkəninin işi niyə Abıyevaya həvalə edilir?

Elmin Fərəcov aparat rəhbəri təyin olundu

Maka Boçorişvili sabah Azərbaycana gəlir

İlham Əliyev də Trampa təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla