Yuxarı

Ürək çatışmazlığı olanlara bu ədviyyat vacibdir

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ürək çatışmazlığı olanlara bu ədviyyat vacibdir

Omahadakı Nebraska Universitetindən amerikalı alimlər sübut ediblər ki, sarıkök ürək çatışmazlığına kömək edir.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, məşhur ədviyyatın əsas komponenti olan kurkumin əzələlərdə oksidləşdirici komponentlərlə mübarizədən məsul olan Nrf2 geninin fəaliyyətini stimullaşdırır.

Bu, ürək çatışmazlığı olan siçanların orqanizminə bu maddənin təsirinin müşahidələri zamanı müəyyən edilib.

Siçanların dərisinə xüsusi nasos tikilib və onların bədənlərinə kiçik dozalarda kurkumin vurulub. Ürək çatışmazlığı olan heyvanlarda zərdəçalın təsirindən beş ay sonra ürək əzələsinin işində nəzərəçarpacaq yaxşılaşma qeydə alınıb. Gəmiricilər daha uzun məsafələrə qaçmağa başladılar. Ürək çatışmazlığından əziyyət çəkməyən, amma sarıkök qəbul edən nəzarət qrupundan olan heyvanlar da oxşar irəliləyiş nümayiş etdirdilər.

Nəticədə layihə müəllifləri “zərdəçalın ürəyin sağlamlığını yaxşılaşdırmaq və insanın dözümlülüyünü artırmaq üçün istifadə oluna biləcəyini” bəyan ediblər. Xatırladaq ki, əvvəlki tədqiqatlar göstərir ki, kurkumin orqanizmə iltihab və əlaqəli xəstəliklərlə mübarizə aparmağa kömək edir.

Tarix
2025.09.13 / 02:00
Müəllif
Axar.az
Digər xəbərlər

Həbsdəki ermənilər Quran oxumağa məcbur edilib?

Ermənistana 977 ton dizel yanacağı göndərilir

Paşinyanın Kərki haqda “erməni budaq cümləsi” nədir?

Meloni İlham Əliyevə təşəkkür etdi

Zaxarovadan Paşinyana: Siz kişisiniz, yoxsa qadın?

Polşa mediası Goranboydakı partlayışdan nə və niyə yazır?

İsrail Türkiyə ilə müharibə etsə, ABŞ... - Zaxarova

Bayramov Qazaxıstanın XİN başçısı ilə danışdı

Ərazimizdə erməni şairin heykəli: özləri sökdülər - Foto

Bayramov İsveçin yeni səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla