Yuxarı

Beyini dərmansız bərpa etməyin yolu...

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Beyini dərmansız bərpa etməyin yolu...

Səhərlər sakitlik və gündə 20 dəqiqəlik hərəkət beyin sağlamlığına kömək edir.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, nevroloq Olqa Sokolova səhər ritualından danışıb.

“Sakit səhər necə olmalıdır. oyandıqdan sonra ilk yarım saatı telefon və ya digər ekranlar olmadan keçirmək lazımdır ki, bu da beynin yuxudan oyaqlığa yaxşı rəvan keçməsinə və məhsuldar günə uyğunlaşmasına imkan verəcək”, - nevroloq söyləyib.

Sokolova həmçinin gündə ən azı 20 dəqiqə hərəkət etməyi - (məsələn, gəzinti, üzgüçülük və ya uzanma), gözlərinizi yummaq, pəncərədən baxmaq və ya kompüterdə işləyərkən hər 60-90 dəqiqədən bir fasilələr etməyi, həmçinin həftədə bir sutka "ekran" istirahətini tövsiyə edib. Həkim sinir sistemini dərindən bərpa etmək imkanı vermək üçün ən azı yarım gün noutbuk, telefon və ya televizor olmadan keçirməyi məsləhət görüb.

Nevroloq yeddi-səkkiz saat davam edən tam gecə yuxusunu sağalmanın əsas amili adlandırıb, çünki məhz yuxu zamanı beyin məlumatı çeşidləyir, sinir əlaqələrini bərpa edir və toksinləri çıxarır.

Tarix
2025.09.19 / 02:12
Müəllif
Axar.az
Digər xəbərlər

İsrail prezidenti Azərbaycana gəldi

İstanbuldakı aksiyanın sifarişçisi kimdir?

Laos AQEM-ə üzv qəbul edildi

Kazım Qəribabadi Azərbaycana gəlir

Laosla siyasi əlaqələr yüksək səviyyədə olsa da... - Deputat

İmaməli Rəhman Azərbaycana yola düşdü

Ərdoğan Bakıdakı tədbirə onu göndərir

Fransa XİN başçısının Azərbaycanı hədəf alması...

Vyetnamın vitse-prezidenti Azərbaycana gəldi

İranın "Səhər" kanalının dezinformasiyası ifşa edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla