Yuxarı

Xərçəngin yayılmasının bir səbəbi elektron siqaretlərdir?

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xərçəngin yayılmasının bir səbəbi elektron siqaretlərdir?

Elektron siqaretlər, veyplər xərçəngə səbəb ola bilərmi?

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, bu barədə pulmonoloq, professor Əlizamin Sadıqov məlumat verib.

“Elektron siqaretlərin yaranma və istifadə tarixi siqaret qədər uzun olmadığı üçün hələ ki, tibb və elm birbaşa ağciyər xərçənginə səbəb olduğunu araşdıra bilməyib. Çünki elektron siqaretə keçən nəsil gəncdir, yaşları 50-ni keçməyib. Amma 5 ilə bunu artıq qiymətləndirə biləcəyik.

Amma onu deyə bilərəm ki, siqareti tərgitmək üçün elektrona keçən insan 3-5 il qala bilməyəcək, yenidən nikotinə qayıdacaq. Nikotin aclığı, nikotin asılılığı elektron siqaretlərdə daha çoxdur. Bu gün elektron siqaret çəkənlər bilsin ki, onlarda da kifayət qədər çox nikotin var, bu siqaretlər daha çox asılılıq yaradır.

Bu siqaretlərdə 2000-dən çox kimyəvi qatqı maddə var, əksəriyyəti kanserogendir. Əlbəttə ki, gələcəkdə bu insanlarda ağciyər xərçəngi ola bilər, olmaması üçün səbəb yoxdur. Elektron siqaret sağlam deyil.

30-35 il siqaret çəkən insanlarda ağciyər xərçənginin inkişafı riski daha yüksəkdir”, - Ə.Sadıqov qeyd edib.

Tarix
2025.09.24 / 02:20
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezident Qətər Əmiri ilə görüşdü - Foto

Prezident Hakan Fidanı qəbul etdi

Bakı Bəyannaməsi qəbul olundu

İrəvana gediləcəkmi? – Ankara təsdiqlədi, Bakı isə...

Prezidentlər Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışında...

Jirinovski demişdi: Türkiyəyə qarşı plan... - Video

Saleh Səmədova hökm oxundu

XİN rəhbərlərinin üçtərəfli görüşü keçirildi - Foto

Azərbaycanla bağlı bunu qarşıma məqsəd qoymuşam

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla