Yuxarı

Qaraciyəri araqdan qoruyan meyvə...

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qaraciyəri araqdan qoruyan meyvə...

Qaraciyəri alkoqolun yaratdığı zərərdən qoruya bilən bir meyvə müəyyən edilib.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, Cənubi Koreya və Çindən olan beynəlxalq alimlər qrupu Ussuri armudunun (Pyrus ussuriensis) ekstraktının qaraciyəri spirtli içkinin təsirindən yaranan zədələrdən qoruya biləcəyini aşkar ediblər.

Qeyd olunur ki, Ussuri armudu ənənəvi olaraq xalq təbabətində astma simptomlarını azaltmaq üçün istifadə olunur. Laboratoriya testlərində Pyrus ussuriensis ekstraktı etanolun qaraciyər hüceyrələrinə toksik təsirini azaltmaq qabiliyyəti nümayiş etdirib. Alimlər qeyd edirlər ki, ekstrakt spirti parçalamaq və asetaldehid səviyyəsini azaltmaq üçün cavabdeh olan fermentləri aktivləşdirir.

Asetaldehid spirtli içkilərin oksidləşməsi zamanı orqanizmdə əmələ gələn maddədir. Qanda spirt olduqda, fermentativ sistemlər asetaldehidi sirkə turşusuna tam çevirə bilmir, nəticədə onun orqanizmdə toplanması qaraciyəri zədələyir.

Bundan əlavə, tədqiqatçılar bədəndə spirt mübadiləsi zamanı zərərli birləşmələrin əmələ gəlməsini artıran CYP2E1 fermentinin boğulduğunu qeyd etdilər.

Kəskin alkoqol intoksikasiyası olan heyvanlar üzərində aparılan təcrübələr ekstraktın qanda etanol və onun metabolitlərini, qaraciyərin iltihabını azaltdığını və antioksidant müdafiəni artırdığını təsdiqləyib.

Qaraciyərin zədələnməsini göstərən biomarkerlərinin - AST və ALT fermentlərinin əhəmiyyətli dərəcədə azalması da müşahidə edilib.

Tarix
2025.09.26 / 02:06
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezident Qətər Əmiri ilə görüşdü - Foto

Prezident Hakan Fidanı qəbul etdi

Bakı Bəyannaməsi qəbul olundu

İrəvana gediləcəkmi? – Ankara təsdiqlədi, Bakı isə...

Prezidentlər Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışında...

Jirinovski demişdi: Türkiyəyə qarşı plan... - Video

Saleh Səmədova hökm oxundu

XİN rəhbərlərinin üçtərəfli görüşü keçirildi - Foto

Azərbaycanla bağlı bunu qarşıma məqsəd qoymuşam

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla