Yuxarı

Hansı kərə yağını alaq?

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hansı kərə yağını alaq?

Kərə yağı mətbəxin əvəzolunmaz hissəsidir.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, səhər süfrələrindən tutmuş, hər yeməkdə öz yerini tapır.

Supermarket rəflərində və ya kənd bazarlarında müxtəlif rəngli yağlara rast gəlinir.

Bəziləri daha ağ, bəziləri sarımtıl rəngdə...

Bu məqamda ağlımıza yalnız bir sual gəlir: Hansı yağ daha faydalıdır?

Sarı yağ:

Sarı kərə yağı, ümumiyyətlə, təbiətdə otlayan inəklərin südündən hazırlanır.

Otlarda olan beta-karoten (A vitamininin xəbərçisi) kərə yağına qızılı sarı rəng verir. Daha təbii və qatqısız istehsaldan gəldiyi üçün yüksək qida dəyərinə malikdir.

Ağ yağ:

Ağ kərə yağı adətən ot, silos və ya hazırlanmış yemlə bəslənən inəklərin südündən hazırlanır. Bu yemlərdə beta-karotin olmadığı üçün rəngi ağa daha yaxın olur. Enerji və yağ turşuları baxımından zəngindir, lakin sarı kərə yağı kimi A vitamini və antioksidanlarla zəngin deyil.

Nəticə:

Sarı kərə yağı tərkibindəki yüksək vitamin və antioksidant tərkibinə görə daha sağlam sayılır. Ağ kərə yağı da istifadə edilə bilər, lakin onun qida dəyəri sarı yağdan daha məhduddur.

Tarix
2025.10.01 / 02:24
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezident Qətər Əmiri ilə görüşdü - Foto

Prezident Hakan Fidanı qəbul etdi

Bakı Bəyannaməsi qəbul olundu

İrəvana gediləcəkmi? – Ankara təsdiqlədi, Bakı isə...

Prezidentlər Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışında...

Jirinovski demişdi: Türkiyəyə qarşı plan... - Video

Saleh Səmədova hökm oxundu

XİN rəhbərlərinin üçtərəfli görüşü keçirildi - Foto

Azərbaycanla bağlı bunu qarşıma məqsəd qoymuşam

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla