Yuxarı

Xərçəng xəstələrinə masaj olar?

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xərçəng xəstələrinə masaj olar?

Amerikalı alimlər sübut ediblər ki, masaj xərçəngin müalicəsində istifadə edilə bilər və edilməlidir. Çox güclü dərmanların səbəb olduğu xroniki yorğunluqdan çıxmağa kömək edir.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, Atlantadakı Emori Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, masaj şişlərlə amansız mübarizə aparan xəstələrə ağır xərçəng müalicəsi zamanı yaranan xroniki yorğunluq hissini yan təsirləri ilə aradan qaldırmağa kömək edir.

Əməliyyatdan sonra xərçəng xəstələri adətən kimyaterapiya və radiasiyaya məruz qalırlar. Bu çoxsaylı fəsadlara səbəb olur ki, bunlardan da ən çox görülənlərindən biri xroniki yorğunluqdur. Alimlər altı həftə ərzində üç könüllü qrupunu müşahidə ediblər.

Birinci qrupda xəstələr klassik İsveç masajı alıblar, ikinci qrupda ümumiyyətlə masaj edilməyib, üçüncü qrupda isə yüngül toxunma ilə.

Tədqiqat boyu müəlliflər xəstələrin rifahını izləyiblər və immun markerlər üçün qan nümunələri götürüblər. Tədqiqat göstərib ki, masaj xroniki yorğunluqdan xilas olmaq üçün effektiv vasitədir və alimlər nəticələri ümidverici adlandırırlar.

Bəlkə də gələcəkdə masaj onkologiyada fizioterapiyanın ayrılmaz hissəsinə çevriləcək, çünki bütün müalicənin müvəffəqiyyəti çox vaxt xəstənin enerji səviyyəsindən və fiziki fəaliyyətindən asılıdır.

Tarix
2025.10.12 / 02:05
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentlər Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışında...

Jirinovski demişdi: Türkiyəyə qarşı plan... - Video

Saleh Səmədova hökm oxundu

XİN rəhbərlərinin üçtərəfli görüşü keçirildi - Foto

Azərbaycanla bağlı bunu qarşıma məqsəd qoymuşam

Bu böhranların həllinə mane olan amillərdən biri... - Fidan

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Bu axşam Bakıdan İrəvana təyyarə uçacaq

Rusiyanın bir gündə 6 bombardmançısı məhv edildi

Bu, Nürnberq tribunalının analoqu idi - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla