Yuxarı

Bu 3 vərdiş infarkt riskini artırır

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu 3 vərdiş infarkt riskini artırır

Ürək-damar xəstəlikləri artıq yalnız yaşlılara aid problem deyil.

Axar.az Milli.az-a istinadən xəbər verir ki, kardioloq Yusuf Altınkaynakın sözlərinə görə, xüsusilə 20-40 yaş arası gənclərdə ürək tutması halları ciddi şəkildə artıb. Mütəxəssis bildirir ki, hərəkətsiz həyat tərzi, stres və zərərli qidalanma vərdişləri gənclərin ürəyində "saatlı bomba" effekti yaradır.

Aşağıdakı xüsusiyyətlərə sahib gənclər daha yüksək risk daşıyır:

- Ailəsində ürək xəstəliyi olanlar

- Siqaret və tütün məhsullarından istifadə edənlər

- Piylənmə (obezite) və diabet problemi olanlar

- Xolesterolu yüksək olan gənclər.

Bu şəxslərdə nəfəs darlığı, sinə ağrısı, halsızlıq və ani ürək döyüntüsü kimi əlamətlər daha erkən yaşda ortaya çıxa bilər.

Altınkaynak xəbərdarlıq edir: "Gənclərdə bəzən sinə ağrısı olmadan da ürək tutması başlaya bilər. Halsızlıq, ürəkbulanma və qəfil döyüntü də təhlükənin ilk işarəsi ola bilər”.

Ürək tutmasını tətikləyən 3 zərərli vərdiş

- Hərəkətsiz həyat və uzun saatlar ekran qarşısında qalmaq

- Fəst-fud və şəkərli qidalarla qidalanmaq

- Nizamsız yuxu və yüksək stres

Bu vərdişlər damarların sərtləşməsinə, yağlanmasına və gənc yaşda damar tıxanmasına səbəb olur.

Ürək sağlamlığını qorumaq üçün tövsiyələr

Həftədə ən azı 3-4 dəfə yüngül hərəkət və ya sürətli gəzinti

Siqaret və enerji içkilərindən uzaq durmaq

Tərəvəz, meyvə, tam taxıl və sağlam yağlarla qidalanmaq

Fəst-fud və şəkərli içkiləri məhdudlaşdırmaq

Gec yatmamaq və kifayət qədər yuxu almaq

Stresi idarə etmək - nəfəs məşqləri, açıq havada gəzişmək

Ailəsində ürək xəstəliyi olan və ya siqaret çəkən gənclər - 20 yaşdan etibarən, risk faktoru olmayanlar - 30 yaşdan sonra mütəmadi ürək müayinəsinə başlamalıdır.

Bu müayinələr zamanı təzyiq, şəkər, xolesterol ölçülür, lazım gələrsə EKQ və efor testi ilə ürək dəyərləndirilir.

Tarix
2025.10.13 / 02:00
Müəllif
Axar.az
Digər xəbərlər

Ukrayna daha bir ölkə ilə savaşa girdi - Səbəbi...

İstanbul və Qarsdakı baş konsullar geri çağırıldı - Yeni təyinat

Biz çıxırıq, Azərbaycan isə sürətlə... - Çarukyan

Tokayev bunu Putinin üzünə dedi və imtina etdi

Bu ölkə Azərbaycana fəxri konsul təyin etdi - Foto

Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır

Əliyevin Berlin səfəri Tiflisə yeni imkan yaradır

İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir

İlham Əliyev Maldiv prezidentini təbrik etdi

Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla