Yuxarı

Arıqlama dərmanı alkoqolizmə də çarə imiş

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Arıqlama dərmanı alkoqolizmə də çarə imiş

ABŞ alimləri müəyyən ediblər ki, şəkərli diabetin və artıq çəkinin müalicəsində istifadə olunan GLP-1 əsaslı dərmanlar, o cümlədən "Ozempic" və "Wegovy" spirtin beyin üzərindəki təsirini yavaşlada bilər.

Axar.az Milli.az-a istinadən xəbər verir ki, bu barədə "Scientific Reports" (SciRep) jurnalında dərc olunan tədqiqatda məlumat verilib.

Fralin Biotibbi Tədqiqat İnstitutunun alimləri bildiriblər ki, GLP-1 reseptor agonistləri qrupuna aid preparatlar alkoqolun qana keçməsini ləngidir, nəticədə spirtin konsentrasiyası və sərxoşluq hissi daha zəif olur.

Tədqiqat zamanı semaglutid, tirzepatid və liraglutid qəbul edən könüllülər eyni miqdarda spirt içsələr də, özlərini daha az sərxoş hiss etdiklərini bildiriblər. Müşahidə prosesi bir neçə saat davam edib, iştirakçıların nəfəsdəki spirt miqdarı, təzyiqi, nəbzi və qlükoza səviyyəsi ölçülüb.

Mütəxəssislər hesab edirlər ki, bu effekt dərmanların mədənin boşalmasını yavaşlatması ilə əlaqədardır, bu da spirtin sorulmasını gecikdirir. Alimlər qeyd ediblər ki, bu təsir alkoqol asılılığının qarşısını almaq və istehlakını azaltmaq üçün yeni imkanlar yarada bilər, çünki GLP-1 əsaslı preparatlar artıq piylənmə və diabetin müalicəsində təhlükəsiz hesab olunur.

Tarix
2025.10.17 / 01:59
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyanın Kərki haqda “erməni budaq cümləsi” nədir?

Meloni İlham Əliyevə təşəkkür etdi

Zaxarovadan Paşinyana: Siz kişisiniz, yoxsa qadın?

Polşa mediası Goranboydakı partlayışdan nə və niyə yazır?

İsrail Türkiyə ilə müharibə etsə, ABŞ... - Zaxarova

Bayramov Qazaxıstanın XİN başçısı ilə danışdı

Ərazimizdə erməni şairin heykəli: özləri sökdülər - Foto

Bayramov İsveçin yeni səfiri ilə görüşdü

İsveçrəyə yeni səfir təyin edildi

İlham Əliyev onu Niderlanda səfir göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla