Yuxarı

Məşhur arıqlama dərmanı ciddi xəstəlik yaradırmış

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məşhur arıqlama dərmanı ciddi xəstəlik yaradırmış

Rusiya Elmlər Akademiyasının Puşinsk Elmi Mərkəzinin alimləri diqqət çəkən araşdırma aparıblar. Elm adamları hipoqlikemik (qan şəkərini salan) dərmanların Alzeymer xəstəliyinin inkişafına kömək edən beta-amiloid peptidlərin aktivliyinə təsir göstərə biləcəyini aşkar ediblər.

Axar.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə Rusiya Təhsil və Elm Nazirliyindən bildirilib.

Qeyd edilib ki, xüsusilə, semaqlutid ("Ozempic" və onun analoqlarının əsas tərkibi) xəstəliyin inkişaf riskini artırır.

Məlumata görə, diabet xəstələrində Alzeymer xəstəliyinə tutulma riski 65% artır. Bu, əsasən xəstənin beynində qlükoza metabolizmasının pozulması ilə əlaqəli ola bilər:

"Digər tərəfdən bu, antidiabetik dərmanların Alzeymer xəstəliyinin patogenezində iştirak edən amiloid peptidlərin və müxtəlif tau-zülal formalarının metabolizmasına və funksional aktivliyinə təsiri ilə bağlıdır".

Rus alimləri ilk dəfə olaraq qlükaqon kimi peptid-1 analoqlarının (semaglutid, ekzenatid və liraglutid) beta-amiloid peptidlərinin monomer formaları ilə əlaqəsinin ola biləcəyini nümayiş etdiriblər ki, bu da ümumilikdə Alzeymer xəstəliyinin inkişafına birbaşa kömək edir. Amiloid peptidləri toksik formalar əmələ gətirir və beyin toxumasında amiloid çöküntüləri şəklində toplanır.

Qeyd edək ki, "Ozempic"dən təkcə şəkər xəstələri deyil, ümumilikdə arıqlamaq istəyənlər də aktiv şəkildə istifadə edirlər.

Tarix
2025.11.02 / 13:28
Müəllif
Axar.az
Digər xəbərlər

Tokayev bunu Putinin üzünə dedi və imtina etdi

Bu ölkə Azərbaycana fəxri konsul təyin etdi - Foto

Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır

Əliyevin Berlin səfəri Tiflisə yeni imkan yaradır

İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir

İlham Əliyev Maldiv prezidentini təbrik etdi

Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

Ölkəmizlə bağlı qərəzli, qeyri-obyektiv sənəd...

Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı - Səbəb

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla