Yuxarı

Ağzınızdakı belə dəyişikliklər infarkta səbəb ola bilər

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ağzınızdakı belə dəyişikliklər infarkta səbəb ola bilər

Alimlər diş əti xəstəlikləri ilə ürək və beyin xəstəlikləri arasında təhlükəli əlaqə aşkar edib.

Axar.az Milli.az-a istinadən xəbər verir ki, araşdırma "Neurology Open Access" jurnalında dərc olunub.

Araşdırma diş əti xəstəlikləri və diş çürüməsinin təkcə ağız sağlamlığına deyil, həm də ürək və beyin damar sisteminə ciddi təsir göstərə biləcəyini ortaya qoyub.

Mütəxəssislər təxminən 6 min nəfərin sağlamlıq məlumatlarını təhlil ediblər. Nəticələrə görə, həm diş çürüməsi, həm də diş əti iltihabı olan şəxslərdə insult riski 86 faiz, infarkt riski isə 36 faiz artıb.

Tədqiqatçılar bildiriblər ki, ağız boşluğunda xroniki iltihab prosesləri orqanizmdə ümumi iltihabi reaksiyanı gücləndirir və bu da damar divarlarının zədələnməsinə səbəb olur. Nəticədə, qan dövranı pozulur və trombların əmələ gəlmə riski yüksəlir.

"Diş əti xəstəlikləri və diş çürüməsi çox vaxt diqqətdən kənarda qalır, halbuki onlar beyinə qan axınını pozaraq işemik insultun inkişafına şərait yarada bilər," - deyə tədqiqat müəllifləri qeyd edib.

Alimlər xəbərdarlıq edirlər ki, bu, səbəb-nəticə əlaqəsini tam sübut etmir, lakin diş və diş əti sağlamlığının qorunmasının insanın ümumi sağlamlığı üçün həyati əhəmiyyət daşıdığını göstərir.

Mütəxəssislər dişləri gündə iki dəfə fırçalamağı, diş sapından istifadə etməyi və mütəmadi olaraq stomatoloqa müraciət etməyi tövsiyə edir.

Tarix
2025.11.07 / 02:15
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla bağlı bunu qarşıma məqsəd qoymuşam

Bu böhranların həllinə mane olan amillərdən biri... - Fidan

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Bu axşam Bakıdan İrəvana təyyarə uçacaq

Rusiyanın bir gündə 6 bombardmançısı məhv edildi

Bu, Nürnberq tribunalının analoqu idi - Prezident

İlham Əliyevin müdrik rəhbərliyi altında... - Hersoq

Azərbaycan çox tolerant ölkədir - İsrail prezidenti

Kartdan-karta pul köçürmələri üzrə limitlər... - AMB

Beləliklə, Azərbaycan xalqının səbri tükəndi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla