Yuxarı

Mədə yanmasına səbəb olan qidalar...

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mədə yanmasına səbəb olan qidalar...

Mədə yanması döş qəfəsində və boğaz nahiyəsində hiss olunan yanğı və ağrılı hisslərlə müşahidə olunur.

Axar.az Milli.az-a istinadən xəbər verir ki, bu vəziyyət adətən mədə şirəsinin tərkibindəki duz turşusu və fermentlərin mədədən yuxarıda yerləşən qida borusuna keçməsi nəticəsində yaranır. Mədə şirəsi qida borusunun selikli qişasını qıcıqlandırır və narahatlıq yaradır. Normal halda mədə ilə qida borusu arasında yerləşən halqavari əzələ bu prosesin qarşısını alır, lakin bəzi məhsullar bu əzələnin fəaliyyətini poza bilər.

Məlumata görə, payız və qış aylarında daha çox istifadə olunan bəzi meyvə və tərəvəzlər mədə yanmasını tətikləyə bilər. Məsələn, alma və zoğal kimi turş meyvələr mədədə turşuluğun artmasına səbəb olur. Eyni zamanda portağal, mandarin və limon kimi sitrus meyvələr C vitamini ilə zəngin olsalar da, onların da tərkibindəki turşular mədə yanmasını gücləndirə bilər. Bu səbəbdən belə meyvələrin çox istehlak edilməsi tövsiyə olunmur.

Mədə yanmasına təsir edən amillər arasında içkilər də mühüm rol oynayır. Məsələn, isti çayda olan kofein duz turşusunun istehsalını artırır, çaya əlavə edilən nanə isə qida borusunu qoruyan əzələnin tonusunu azaldır. Bu da turşu axınının qarşısını alan mexanizmin zəifləməsinə gətirib çıxarır.

Bundan əlavə, mədə yanmasının az tanınan, lakin geniş yayılmış səbəblərindən biri stressdir. Gün işığının azalması, ilin sonuna doğru artan iş yükü və gərginlik həzm sisteminin fəaliyyətinə təsir göstərir, mədədə turşuluğun artmasına və narahatlığa səbəb olur.

Tarix
2025.11.11 / 01:51
Müəllif
Axar.az
Digər xəbərlər

Bu ölkə Azərbaycana fəxri konsul təyin etdi - Foto

Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır

Əliyevin Berlin səfəri Tiflisə yeni imkan yaradır

İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir

İlham Əliyev Maldiv prezidentini təbrik etdi

Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

Ölkəmizlə bağlı qərəzli, qeyri-obyektiv sənəd...

Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı - Səbəb

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla