Yuxarı

Virus infeksiyalarına yoluxma artır - İnfeksionist

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Virus infeksiyalarına yoluxma artır - İnfeksionist

Hazırda havaların soyuduğu oktyabr-noyabr aylarında və qışa doğru ölkəmizdə əhalinin kəskin respirator virus infeksiyalarına (KRVİ) yoluxma hallarının sayında hər il olduğu kimi təbii artımlar var və bu narahatedici deyil.

Axar.az xəbər verir ki, bu barədə APA-ya açıqlamasında Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

O bildirib ki, lakin KRVİ çox vaxt qısamüddətli xəstəlik halları törədir və kiçik zaman kəsiyində fəsadsız sağalır:

“Müalicə əsasən simptomatik aparılır. Yalnız risk qruplarına daxil olan insanlarda infeksiyaların gedişi əlverişsiz ola bilər. Bu infeksiyaların bir çoxu fəsli xarakter daşıyır, yəni payız-qış mövsümündə onların yayılması artır. Lakin ilboyu bu viruslara az da olsa, yoluxub xəstələnmə hallarına rast gəlinir”.

İnfeksionist bu infeksiya haqqında da məlumat verib:

“Kəskin respirator virus infeksiyaları (KRVİ) - yığcam termin olub, geniş yayılmış və tənəffüs yollarının kəskin xəstəliklərini törədən müxtəlif respirator virus infeksiyalarıdır. Əhali arasında "soyuqlama" dedikdə məhz bu infeksiyalar nəzərdə tutulur. Bunların 200-dən çox növü məlumdur. Buraya qrip, paraqrip, adenovirus, rinovirus, respirator-sinsitial virus və digərləri aiddir. Bu viruslar əksərən yuxarı tənəffüs yollarını, bəzən isə aşağı tənəffüs yollarını və ağciyərləri zədələyirlər. Klinik mənzərələri eyni olduğundan bunları xüsusi laborator müayinələr aparmadan fərqləndirmək həmişə mümkün deyil”.

Tarix
2025.11.18 / 11:34
Müəllif
Axar.az
Digər xəbərlər

Bu ölkə Azərbaycana fəxri konsul təyin etdi - Foto

Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır

Əliyevin Berlin səfəri Tiflisə yeni imkan yaradır

İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir

İlham Əliyev Maldiv prezidentini təbrik etdi

Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

Ölkəmizlə bağlı qərəzli, qeyri-obyektiv sənəd...

Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı - Səbəb

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla