Yuxarı

Çaydandakı ərpi təmizləmək üçün ən təsirli üsul

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çaydandakı ərpi təmizləmək üçün ən təsirli üsul

Ketl və çaydandakı ərpi təmizləmək üçün ən çox istifadə edilən üsullar sirkə və sodadır. Lakin onların kəskin qoxusu, həmçinin sonrasında uzun müddət durulama tələb etməsi hər kəs üçün uyğun olmur. Mütəxəssislər isə həm daha təbii, həm də tamamilə təhlükəsiz yeni bir alternativi tövsiyə edir.

Axar.az Bakupost.az-a istinadən xəbər verir ki, çaydanın 3-4 həftədə bir təmizlənməsi cihazın ömrünü 50%-dək artırır və elektrik sərfiyyatını azaldır. Bazarda kimyəvi ərpaparanlar olsa da, təbii üsullar həm daha sərfəli, həm də sağlamlıq baxımından təhlükəsizdir.

Təzə limonla aparılan təmizləmə çaydanı effektiv şəkildə ərpdən azad edir, üstəlik xoş ətir buraxır. Tamamilə təbii olduğuna görə daxili səthə də heç bir ziyan vurmur.

Bir limonu dilimləyib çaydana əlavə edin. Üzərinə su töküb qaynadın. Qaynadıqdan sonra ocağı söndürüb 30 dəqiqə gözləyin. Limonun tərkibindəki sitrik asit ərpi əridəcək.

Daha güclü alternativ: Limon duzu ilə təmizləmə

Ketl istifadə edənlər üçün mütəxəssislərin ən çox məsləhət gördüyü üsullardan biri limon duzudur. Sitrik asit qızdırıcı hissələrə zərər vermir və ən çətin kirəci belə rahatlıqla təmizləyir.

1 litr suya 2-3 yemək qaşığı limon duzu əlavə edin. Qarışımı qaynadın. Minimum 30 dəqiqə gözlədin. Sonra suyu boşaldın və çaydanlığı yaxşıca yaxalayın. Bu üsul ən sərt və uzun müddət yığılan ərpi belə asanlıqla təmizləyir.

Tarix
2025.11.25 / 02:02
Müəllif
Axar.az
Digər xəbərlər

Milli Yaşıl Taksonomiya təsdiq edildi - Qərar

Hüseynov işdən çıxdı, Qurban onun yerinə təyin olundu

Səxavət Məmmədzadə bu xəstəxanaya direktor təyin olundu

Başçının oğlu Oqtay Əsədovu əvəz etdi - Yüksək vəzifə

Heydərov Naxçıvanda müşavirə keçirdi - Video

Vətəndaşlar pullarını bu bankdan geri çəkir

Azərbaycanla bağlı bu qətnamə diplomatik rüsvayçılıqdır

Bayramov Arakçı ilə danışdı

Bu, Qarabağda ən ciddi humanitar çağırış olaraq qalır

Okampodan şok: Mən pulları ermənilərdən almışam... – Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla