Yuxarı

Əgər balığın qarnı belədirsə, almayın!

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əgər balığın qarnı belədirsə, almayın!

Payızın gəlişi ilə balıq yenidən süfrədə ən çox sevilən yeməklərdən birinə çevrilib.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, balıq yüksək qida dəyərinə görə mütəxəssislərin həftədə ən azı iki dəfə yeməyi tövsiyə etdiyi qidalar arasındadır.

Mütəxəssislər bazarlarda və marketlərdə uzun müddət saxlanılan balıqların xüsusi risk yaratdığını qeyd edərək, köhnəlmiş balıqların qida zəhərlənməsinə, ciddi sağlamlıq problemlərinə və hətta müalicə olunmadıqda ölümcül nəticələrə səbəb ola biləcəyini bildirirlər.

Buna görə də, balıq seçərkən nəzərə alınmalı bəzi vacib detallar var.

Bəs balığın köhnəlmiş olub-olmadığını necə müəyyən etmək olar?

1. Su testi

Evdə böyük bir qab su doldurub balığı içinə salmaqla yoxlaya bilərsiniz. Balıq dibinə batırsa, təzədir. Səthdə üzən balıq köhnəlmiş hesab olunur və yeyilməməlidir.

2. Gözün yoxlaması

Balıq alarkən gözlərini yoxlayın. Parlaq, şəffaf və aydın gözlər təzəliyini göstərir. Solğun, batmış gözlər köhnəldiyini göstərir.

3. Göz bəbəyinin quruluşu

Təzə balıqlarda göz bəbəkləri qabarıqdır.

4. Ətin bərkliyi

Balığı kəsdikdən sonra ətinə toxunaraq yoxlayın. Təzə balığın əti möhkəm və elastikdir. Əgər qarın nahiyəsi həddindən artıq şişibsə, bu, balığın köhnəlmiş olduğunu göstərir.

5. Qarın xəbərdarlığı

Mütəxəssislərə görə, balığın qarnı təmiz görünməlidir. Əgər qarın nahiyəsi bürüşübsə, nəcis görünürsə və ya şişibsə, balıq təzə deyil.

6. Qəlsəmə rəngi

Qəlsəmələr balığın təravətini təyin etməyin ən etibarlı yollarından biridir. Qırmızı və nəm qəlsəmələr təravət əlamətidir. Qəlsəmələr tünd qırmızı və ya qəhvəyi rəngə çevrilibsə, balıq köhnəlmiş hesab olunur. Həmçinin pulcuqlarının parlaq olmalıdır.

7. Qoxu testi

Təzə balığın yüngül dəniz qoxusu var. Həddindən artıq güclü, ammonyak kimi qoxu varsa, bu, balığın xarab olmağa başladığını göstərir. Balığı yuyanda əti əriməyə başlayırsa, bu, onun yeyilməməli olduğuna dair ən açıq əlamətdir.

Tarix
2025.11.28 / 02:02
Müəllif
Axar.az
Digər xəbərlər

Bu ölkə Azərbaycana fəxri konsul təyin etdi - Foto

Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır

Əliyevin Berlin səfəri Tiflisə yeni imkan yaradır

İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir

İlham Əliyev Maldiv prezidentini təbrik etdi

Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

Ölkəmizlə bağlı qərəzli, qeyri-obyektiv sənəd...

Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı - Səbəb

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla