Yuxarı

Dünyanın ən sağlam tərəvəzi açıqlandı

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dünyanın ən sağlam tərəvəzi açıqlandı

Meyvə və tərəvəzlərlə bağlı aparılan araşdırmaya əsasən, ən sağlam qidalar açıqlanıb. Mütəxəssislər 17 əsas qidanı qiymətləndiriblər.

Axar.az Milli.az-a istinadən xəbər verir ki, araşdırmada qidaların kalium, lif, protein, kalsium, dəmir, tiamin, riboflavin, niasin, folat, sink və müxtəlif vitamin dəyərləri nəzərə alınıb.

Tərtib olunan qiymətləndirməyə görə, kartof 100 baldan 10,51 bal alaraq sonuncu yeri tutub. Meyvələr arasında isə qreyfrut 10,47 balla ən aşağı göstəriciyə sahib olub.

Araşdırmanın nəticələrinə əsasən siyahı belə formalaşıb:

10. Qara kələm – 62,49 bal

9. Qıvrım kahı – 63,48 bal

8. Cəfəri – 65,59 bal

7. Yarpaq kahı – 70,73 bal

6. Hindiba – 73,36 bal

5. İspanaq – 86,43 bal

4. Çuğundur yarpağı – 87,08 bal

3. Çuğundur – 89,27 bal

2. Çin kələmi – 91,99 bal

Zirvədə isə hər kəsi təəccübləndirən bir bitki yer alır. Araşdırmanın nəticəsinə görə, 100 bal alaraq birinci yerə çıxan tərəvəz – su tərəsi olub.

Mütəxəssislərin “mükəmməl” adlandırdığı su tərəsi “Brassicaceae” (kələmkimilər) fəsiləsinə aiddir və lahana, brokoli, Brüssel kələmi kimi tərəvəzlərlə “qohumdur”. K vitamini baxımından çox zəngin olan su tərəsi xroniki xəstəlik riskini azaldır.

Araşdırma ilə bağlı danışan dosent dr. Ceniffer Di Noia qeyd edib ki, güclü meyvə və tərəvəzlər ürək-damar xəstəlikləri, neyrodegenerativ xəstəliklər və bəzi xərçəng növləri daxil olmaqla, çox sayda xroniki xəstəlik riskini azaltma potensialına malikdir.

Tarix
2025.11.30 / 02:24
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyanın Kərki haqda “erməni budaq cümləsi” nədir?

Meloni İlham Əliyevə təşəkkür etdi

Zaxarovadan Paşinyana: Siz kişisiniz, yoxsa qadın?

Polşa mediası Goranboydakı partlayışdan nə və niyə yazır?

İsrail Türkiyə ilə müharibə etsə, ABŞ... - Zaxarova

Bayramov Qazaxıstanın XİN başçısı ilə danışdı

Ərazimizdə erməni şairin heykəli: özləri sökdülər - Foto

Bayramov İsveçin yeni səfiri ilə görüşdü

İsveçrəyə yeni səfir təyin edildi

İlham Əliyev onu Niderlanda səfir göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla