Yuxarı

Kolbasa 2 ağır xəstəliyə səbəb olur

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kolbasa 2 ağır xəstəliyə səbəb olur

Gündəlik qəbul üçün ən arzuolunmaz qida kolbasadır.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, qastroenteroloq Yevgeniya Melnikova kolbasa kimi məhsulların həddindən artıq qəbulunun dağıdıcı nəticələrini izah edib.

Həkimin sözlərinə görə, emal olunmuş ət sağlam məhsul hesab edilə bilməz, çünki tərkibində çoxlu dad gücləndiriciləri, duz, doymuş yağlar və nitratlar var. Melnikova həmçinin onun yüksək kalorili məhsul olduğunu vurğulayıb.

"Müntəzəm istehlak üçün ən arzuolunmaz olanlar, 100 qramda 200-600 kilokalori olan yağlı ətlərdir, məsələn, qurudulmuş kolbasa", - deyə o bildirib.

Melnikova xəbərdarlıq edib ki, kolbasa sevənlər piylənmə və nəticədə özlərində 2-ci tip diabet riskini artırırlar. Bu məhsullarda həddindən artıq duz lipid metabolizmasını pozur və bu da zamanla hipertoniya və aterosklerozun inkişafına səbəb olur.

Kolbasanın digər təhlükəli nəticələrinə osteoporoz, kalsium və fosfor metabolizma pozulması və kolorektal xərçəng daxildir.

Tarix
2025.12.12 / 02:02
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyanın Kərki haqda “erməni budaq cümləsi” nədir?

Meloni İlham Əliyevə təşəkkür etdi

Zaxarovadan Paşinyana: Siz kişisiniz, yoxsa qadın?

Polşa mediası Goranboydakı partlayışdan nə və niyə yazır?

İsrail Türkiyə ilə müharibə etsə, ABŞ... - Zaxarova

Bayramov Qazaxıstanın XİN başçısı ilə danışdı

Ərazimizdə erməni şairin heykəli: özləri sökdülər - Foto

Bayramov İsveçin yeni səfiri ilə görüşdü

İsveçrəyə yeni səfir təyin edildi

İlham Əliyev onu Niderlanda səfir göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla